Beynəlxalq Çay Günü ilə bağlı tədbirdə Azərbaycan bu cür təmsil olunub - FOTO
15:13 21.05.2023 (Yenilənib: 15:14 21.05.2023)
© Photo : AZERTAGAzərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
© Photo : AZERTAG
Abunə olmaq
Ölkəmizin FAO yanındakı daimi nümayəndəsi Rəşad Aslanov konfransda çıxış edərək çayın Azərbaycan mədəniyyətindəki xüsusi yeri barədə danışıb və çay süfrəsinin xalqımızın qonaqpərvərlik rəmzlərindən hesab edildiyini deyib.
BAKI, 21 may - Sputnik. Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanında Daimi Nümayəndəliyi bu təşkilatın Beynəlxalq Çay Günü ilə əlaqədar Romada yerləşən qərargahda keçirdiyi tədbirlərdə iştirak edib.
© Photo : AZERTAGAzərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
Azərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
© Photo : AZERTAG
Çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin iştirak ilə konfrans və sərgi təşkil olunub. Azərbaycanın FAO yanındakı daimi nümayəndəsi Rəşad Aslanov konfransda çıxış edib və Azərbaycan çayları sərgidə təqdim olunub.
Konfransdakı açılış nitqində çayın mədəni, irsi və iqtisadi əhəmiyyəti haqqında danışan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu çay sektorunun milyonlarla yoxsul ailələr üçün əsas məşğulluq və gəlir mənbəyi olduğunu qeyd edib, bu sahənin sosial-iqtisadi inkişafa töhfələrinə, üzləşdiyi problemlərə və FAO tərəfindən təşviq edilən həll yollarına toxunub.
© Photo : AZERTAGAzərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
Azərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
© Photo : AZERTAG
Rəşad Aslanov çıxışında çayın Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıb və çay süfrəsinin xalqımızın qonaqpərvərlik rəmzlərindən hesab edildiyini deyib. Azərbaycanda müstəqillik illərində bu irsin qorunub saxlanılması, yerli çayların həm ölkə daxilində, həm də xaricdə təşviq edilməsi, bu sahənin inkişafına dövlət dəstəyi haqqında qonaqlara məlumat verilib.
R.Aslanov “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb, müvafiq istiqamətlər üzrə FAO ilə əməkdaşlığın faydası barədə danışıb və qonaqları sərgidə nümayiş olunan Azərbaycan çaylarının tamı ilə tanış olmağa dəvət edib.
Tədbirdə nazir və ya daimi nümayəndə səviyyəsində təmsil olunan Çin, İndoneziya, Şri Lanka, Almaniya, Argentina, Zimbabve, Keniya və digər ölkələrin nümayəndələri çay sektorunun əhəmiyyəti və ərzaq təhlükəsizliyi ilə bağlı hazırki vəziyyətdə öz ölkələrində çayçılıq ilə məşğul olan kiçik təsərrüfatların dəstəklənməsi məsələləri ətrafında çıxış ediblər.
© Photo : AZERTAGAzərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
Azərbaycan FAO-nun Beynəlxalq Çay Günü ilə bağlı təşkil etdiyi tədbirlərdə təmsil olunub
© Photo : AZERTAG
Sərgidə müxtəlif yerli çay növlərinin, həmçinin çaya əlavə edilən yerli ədviyyatların və quru meyvələrin nümayiş edildiyi Azərbaycan stendi iştirakçıların böyük marağına səbəb olub. Ziyarətçilər çayımızın ətri və tamı ilə tanış olub, onlara Azərbaycanda becərilən çay bitkisinin özünəməxsusluğu, növləri, çay ritualları, eləcə də orqanizmə faydaları haqqında məlumat verilib. FAO-nun Baş direktoru Qu Donqyu da ölkəmizin stendini ziyarət edib və Azərbaycan çayı ilə tanış olub.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.