DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş: “Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir”

© AP Photo / Paul WhiteАнтониу Гутерриш, фото из архива
Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2023
Abunə olmaq
Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.
BAKI, 20 may - Sputnik. “Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.
“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - baş katib vurğulayıb.
O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür.
Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.
Xəbər lenti
0