https://sputnik.az/20230520/nazirlik-sudu-artiran-dermanlara-inanmayin-455041654.html
Nazirlik: Südü artıran dərmanlara inanmayın!
Nazirlik: Südü artıran dərmanlara inanmayın!
Sputnik Azərbaycan
Nazirliyin mütəxəssisi bildirib ki, bu dərmanlardan özbaşına istifadə həm anaların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər. 20.05.2023, Sputnik Azərbaycan
2023-05-20T10:19+0400
2023-05-20T10:19+0400
2023-05-20T10:19+0400
dərman
səhiyyə
süd
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 20 may — Sputnik. Sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib. Onun sözlərinə görə, südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır: "Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub. Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətəşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər". O qeyd edib ki, ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir: "Südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin, körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir. Kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qidadır. Belə ki, kolostrumda olan yüksək miqdarda protein, vitamin və minerallar körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynayır". Məlumat üçün bildirək ki, hazırda körpələrin ana südü ilə qidalanma səviyyəsi 50 faiz həddindədir. Bu, bir yaşa qədər uşaqlarla bağlı rəqəmdir. İki yaşa qədər qidalanma faizi isə daha aşağıdır. 2003-cü ildən ölkəmizdə süni qida qatışıqlarının satılması ilə bağlı qanun qəbul olunsa da, ona nəzarət qənaətbəxş deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, süd
Nazirlik: Südü artıran dərmanlara inanmayın!
Nazirliyin mütəxəssisi bildirib ki, bu dərmanlardan özbaşına istifadə həm anaların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər.
BAKI, 20 may — Sputnik. Sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib. Onun sözlərinə görə, südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır:
"Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub.
Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətəşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər".
O qeyd edib ki, ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir:
"Südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin, körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir.
Kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qidadır. Belə ki, kolostrumda olan yüksək miqdarda protein, vitamin və minerallar körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynayır".
Məlumat üçün bildirək ki, hazırda körpələrin ana südü ilə qidalanma səviyyəsi 50 faiz həddindədir. Bu, bir yaşa qədər uşaqlarla bağlı rəqəmdir. İki yaşa qədər qidalanma faizi isə daha aşağıdır. 2003-cü ildən ölkəmizdə süni qida qatışıqlarının satılması ilə bağlı qanun qəbul olunsa da, ona nəzarət qənaətbəxş deyil.