https://sputnik.az/20230520/naxcivanda-nazir-ve-onun-muavini-vezifesinden-azad-edilib-yeni-teyinat-olub-455072161.html
Naxçıvanda nazir və onun müavini vəzifəsindən azad edilib, yeni təyinat olub
Naxçıvanda nazir və onun müavini vəzifəsindən azad edilib, yeni təyinat olub
Sputnik Azərbaycan
Xanlar Mustafayev Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. Nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona... 20.05.2023, Sputnik Azərbaycan
2023-05-20T15:55+0400
2023-05-20T15:55+0400
2023-05-20T15:55+0400
azərbaycan xəbərləri
naxçıvan
naxçıvan muxtar respublikası
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 20 may - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, naxçıvan muxtar respublikası
naxçıvan, naxçıvan muxtar respublikası
Naxçıvanda nazir və onun müavini vəzifəsindən azad edilib, yeni təyinat olub
Xanlar Mustafayev Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. Nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona verilib.
BAKI, 20 may - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub.