https://sputnik.az/20230520/bu-gun-iii-qrup-uzre-qebul-imtahanlari-kecirilecek-455067286.html
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb
Sputnik Azərbaycan
Ali məktəblərə qəbul imtahanları 17 şəhər və rayonda təşkil edilib. 20.05.2023, Sputnik Azərbaycan
2023-05-20T14:22+0400
2023-05-20T14:22+0400
2023-05-20T14:22+0400
təhsil
imtahan
dövlət imtahan mərkəzi
dim
qəbul
qəbul imtahanları
abituriyentlər
ali təhsil müəssisələri
ali təhsil
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 20 may - Sputnik. Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.***Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 071 nəfər Azərbaycan, 2 075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 579 nəfəri oğlan, 16 567 nəfəri isə qızdır. 19 154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:- İmtahana buraxılış vərəqəsi;- Şəxsiyyəti təsdiq edən sənədin əsli:a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi, dim, qəbul, qəbul imtahanları, abituriyentlər, ali təhsil müəssisələri, ali təhsil
imtahan, dövlət imtahan mərkəzi, dim, qəbul, qəbul imtahanları, abituriyentlər, ali təhsil müəssisələri, ali təhsil
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb
Ali məktəblərə qəbul imtahanları 17 şəhər və rayonda təşkil edilib.
BAKI, 20 may - Sputnik. Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 071 nəfər Azərbaycan, 2 075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 579 nəfəri oğlan, 16 567 nəfəri isə qızdır. 19 154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).