https://sputnik.az/20230519/xeste-olmayan-usaqlar-tehsilden-yayinir--komite-sedri-455045368.html
Xəstə olmayan uşaqlar təhsildən yayınır -Komitə sədri
Xəstə olmayan uşaqlar təhsildən yayınır -Komitə sədri
Sputnik Azərbaycan
Əhliman Əmiraslanov bildirib ki, bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T18:43+0400
2023-05-19T18:43+0400
2023-05-19T19:21+0400
uşaq
səhiyyə
təhsil
əhliman əmiraslanov
milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066176_0:104:2000:1229_1920x0_80_0_0_7be5f1206b05a0056e003c159848f9a5.jpg
BAKI, 19 may — Sputnik. "Xəstə olmayan uşaqların xəstə adı altında təhsildən yayınma halları olur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. "Biz bu işə ciddi yanaşmalıyıq. Lakin təbii ki, ağır xəstə olan uşaqlar da məktəbə gedə bilməz. Məncə bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır" - deyə o qeyd edib. OKomitə sədri həmçinin bildirib ki, dərman vasitələri ilə bağlı xüsusi proqramın üzərində iş davam edir. Sənədin bir neçə maddələri üzrə görüşlərimiz olub. "Səhiyyə komitəsində də bununla bağlı təkliflər daxil olub. Bizim komitəyə də təkliflər daxil olub. Biz o təklifləri Səhiyyə Nazirliyinə yönəldəcəyik ki, onlar da Nazirlər Kabineti ilə müzakirə etsinlər", - deyə o bildirib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə komitə iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var. O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur. “Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066176_112:0:1889:1333_1920x0_80_0_0_89c33a0fd306a219510f9c67b1409360.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, təhsil, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
uşaq, təhsil, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
Xəstə olmayan uşaqlar təhsildən yayınır -Komitə sədri
18:43 19.05.2023 (Yenilənib: 19:21 19.05.2023) Əhliman Əmiraslanov bildirib ki, bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır.
BAKI, 19 may — Sputnik. "Xəstə olmayan uşaqların xəstə adı altında təhsildən yayınma halları olur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. "Biz bu işə ciddi yanaşmalıyıq. Lakin təbii ki, ağır xəstə olan uşaqlar da məktəbə gedə bilməz. Məncə bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır" - deyə o qeyd edib.
OKomitə sədri həmçinin bildirib ki, dərman vasitələri ilə bağlı xüsusi proqramın üzərində iş davam edir. Sənədin bir neçə maddələri üzrə görüşlərimiz olub.
"Səhiyyə komitəsində də bununla bağlı təkliflər daxil olub. Bizim komitəyə də təkliflər daxil olub. Biz o təklifləri Səhiyyə Nazirliyinə yönəldəcəyik ki, onlar da Nazirlər Kabineti ilə müzakirə etsinlər", - deyə o bildirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə komitə iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var. O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur.
“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”.