https://sputnik.az/20230519/tehsilde-yenilik-qeyri-pedaqoji-ixtisaslara-sahib-sexsler-muellim-isleye-bilecek-455035780.html
Təhsildə yenilik: Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllim işləyə biləcək
Təhsildə yenilik: Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllim işləyə biləcək
Sputnik Azərbaycan
Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T13:36+0400
2023-05-19T13:36+0400
2023-05-19T13:36+0400
müəllim
təhsil
pedaqoji fəaliyyət
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1501:844_1920x0_80_0_0_9a47ed316a807c47217a3ee932ddc687.jpg
BAKI, 19 may — Sputnik. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi (İRM) qeyri-pedaqoji ixtisaslara malik şəxslərə müraciət edib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq. Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, ötən il "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən Qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək. Xatırladaq ki, iyunun 20-24-də müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1333:1000_1920x0_80_0_0_14eefe92f0f4146a03b528e534030c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, pedaqoji fəaliyyət, elm və təhsil nazirliyi
müəllim, pedaqoji fəaliyyət, elm və təhsil nazirliyi
Təhsildə yenilik: Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllim işləyə biləcək
Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.
BAKI, 19 may — Sputnik. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi (İRM) qeyri-pedaqoji ixtisaslara malik şəxslərə müraciət edib.
Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.
Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, ötən il "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən Qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək.
Xatırladaq ki, iyunun 20-24-də müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.