https://sputnik.az/20230519/randan-azerbaycana-narkotik-dasiyan-sexsler-tutulub-455043208.html
İrandan Azərbaycana narkotik daşıyan şəxslər tutulub
İrandan Azərbaycana narkotik daşıyan şəxslər tutulub
Sputnik Azərbaycan
Ələ keçirilən narkokuryerlərdən narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T16:58+0400
2023-05-19T16:58+0400
2023-05-19T16:58+0400
iran
cəmiyyət
din
din mətbuat xidməti
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000831_0:136:3157:1912_1920x0_80_0_0_d1a137ae6488d152aa64f1721ff64618.jpg
BAKI, 19 may — Sputnik. Həyata keçirilən əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir. Məlumata görə, Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərovdan ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları "Kazım", "Fəridin" və "Babək" olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, may ayının 4-də də Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitələrin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən "metadon M-40" həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd "metadon M-40" həbi aşkar olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000831_213:0:2944:2048_1920x0_80_0_0_50bfe478ede3b67736f231f6bd5053ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, din, din mətbuat xidməti
iran, din, din mətbuat xidməti
İrandan Azərbaycana narkotik daşıyan şəxslər tutulub
Ələ keçirilən narkokuryerlərdən narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.
BAKI, 19 may — Sputnik. Həyata keçirilən əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.
Məlumata görə, Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərovdan ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları "Kazım", "Fəridin" və "Babək" olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, may ayının 4-də də Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitələrin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən "metadon M-40" həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd "metadon M-40" həbi aşkar olunub.