https://sputnik.az/20230519/qax-rayonda-belediyyeler-cerimelenib---lginc-sebeb-455030232.html
Qax rayonda bələdiyyələr cərimələnib - İlginc səbəb
Qax rayonda bələdiyyələr cərimələnib - İlginc səbəb
Sputnik Azərbaycan
Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T12:14+0400
2023-05-19T12:14+0400
2023-05-19T12:14+0400
cərimə
cəmiyyət
inzibati xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42413/24/424132432_0:157:3081:1890_1920x0_80_0_0_53dbb8111f57bd7534a6b423924b5b02.jpg
BAKI, 19 may — Sputnik. Qax rayonunda bələdiyyə sədrləri cərimələnib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. Məlumat üçün bildirək ki, "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın 1.3-cü maddəsinə görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir. Həmin qaydaların 4.1-ci maddəsinə görə tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Həmçinin parklarda əsas təmizlənmə parklar bağlandıqdan sonra və ya səhər saat 8-ə qədər aparılmalıdır. Yerə tökülmüş yarpaqların və tullantıların yığılaraq yandırılmasına yol verilmir. Parklar və digər istirahət yerlərində tullantı tutumlarının yerləşdirilməsi üçün ayrılmış sahələr kütləvi istirahət yerlərindən (rəqs meydançaları, estradalar, ictimai-iaşə və ticarət obyektləri, fəvvarələr, xiyabanlar və s.) 50 metr məsafədən az olmamalıdır. Həmin qaydaların 10-cu maddəsinə görə yaşayış və istirahət yerlərinin təmizliyinə həm yerli icra hakimiyyəti orqanı, həm də bələdiyyələr cavabdehlik daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/24/424132432_174:0:2905:2048_1920x0_80_0_0_fa73566d3eeac50c0597514950646639.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cərimə, inzibati xətalar məcəlləsi
cərimə, inzibati xətalar məcəlləsi
Qax rayonda bələdiyyələr cərimələnib - İlginc səbəb
Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
BAKI, 19 may — Sputnik. Qax rayonunda bələdiyyə sədrləri cərimələnib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Məlumat üçün bildirək ki, "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın 1.3-cü maddəsinə görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir.
Həmin qaydaların 4.1-ci maddəsinə görə tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Həmçinin parklarda əsas təmizlənmə parklar bağlandıqdan sonra və ya səhər saat 8-ə qədər aparılmalıdır. Yerə tökülmüş yarpaqların və tullantıların yığılaraq yandırılmasına yol verilmir.
Parklar və digər istirahət yerlərində tullantı tutumlarının yerləşdirilməsi üçün ayrılmış sahələr kütləvi istirahət yerlərindən (rəqs meydançaları, estradalar, ictimai-iaşə və ticarət obyektləri, fəvvarələr, xiyabanlar və s.) 50 metr məsafədən az olmamalıdır. Həmin qaydaların 10-cu maddəsinə görə yaşayış və istirahət yerlərinin təmizliyinə həm yerli icra hakimiyyəti orqanı, həm də bələdiyyələr cavabdehlik daşıyır.