https://sputnik.az/20230519/olkede-enerji-qaz-ve-buxar-istehsali-sektorunun-gelirleri-bir-milyard-manati-otub-455031335.html
Ölkədə enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri bir milyard manatı ötüb
Ölkədə enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri bir milyard manatı ötüb
Sputnik Azərbaycan
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T15:31+0400
2023-05-19T15:31+0400
2023-05-19T15:31+0400
manat
iqtisadiyyat
qaz
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 18 may — Sputnik. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 115,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,9%-lik artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 168,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 19,9% artım deməkdir. Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub. 2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir. Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb Cari ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur. DSK-nın məlumatına görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub. Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, qaz, elektrik enerjisi
manat, qaz, elektrik enerjisi
Ölkədə enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri bir milyard manatı ötüb
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur.
BAKI, 18 may — Sputnik. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 115,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,9%-lik artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 168,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 19,9% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.
2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.
Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur.
DSK-nın məlumatına görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.