https://sputnik.az/20230519/neftcalada-denizkenari-eraziler-sehralasa-biler-tehluke-455034855.html
Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər-Təhlükə
Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər-Təhlükə
Sputnik Azərbaycan
Neftçala rayonunda dənizkənarı ərazilərin səhralaşması, balıqçılıq və otarılma amilləri ilə izah olunur. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T20:45+0400
2023-05-19T20:45+0400
2023-05-19T20:45+0400
neftçala
azərbaycan xəbərləri
xəzər
xəzər dənizi
səhra
https://cdnn1.img.sputnik.az/img/42433/71/424337132_0:160:3073:1888_1920x0_80_0_0_28d4ec6029556e5b9654ca7a213f1f4d.jpg
BAKI, 19 may — Sputnik. Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər. Sputnik Azərbaycan xəbər verir ki, bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd Xəzər dənizi sahilndə erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb. Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir. Qeyd edək ki, anoloji problem Bakı və Sumqayıtda da hiss olunur. Xəzər dənizinin bulvar hissəsində, eləcə də Sumqayıtda bulvar ərazisində dənizin sahildən xeyli uzaqlaşması müşahidə olunur. Alimlər bunu Xəzərə axıdılan suyun azalması, iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/71/424337132_170:0:2901:2048_1920x0_80_0_0_d207aea8afb910f49ca148a739c61c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçala, xəzər, xəzər dənizi, səhra
neftçala, xəzər, xəzər dənizi, səhra
Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər-Təhlükə
Neftçala rayonunda dənizkənarı ərazilərin səhralaşması, balıqçılıq və otarılma amilləri ilə izah olunur.
BAKI, 19 may — Sputnik. Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər. Sputnik Azərbaycan xəbər verir ki, bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd Xəzər dənizi sahilndə erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.
Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.
Qeyd edək ki, anoloji problem Bakı və Sumqayıtda da hiss olunur. Xəzər dənizinin bulvar hissəsində, eləcə də Sumqayıtda bulvar ərazisində dənizin sahildən xeyli uzaqlaşması müşahidə olunur. Alimlər bunu Xəzərə axıdılan suyun azalması, iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib.