https://sputnik.az/20230519/komite-sedri-olkede-bosanmalarin-artmasinin-sebeblerini-aciqladi-455033418.html
Komitə sədri ölkədə boşanmaların artmasının səbəblərini açıqladı
Komitə sədri ölkədə boşanmaların artmasının səbəblərini açıqladı
Sputnik Azərbaycan
Bahar Muradova bildirib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T13:20+0400
2023-05-19T13:20+0400
2023-05-19T13:20+0400
boşanma
cəmiyyət
bahar muradova
https://cdnn1.img.sputnik.az/img/42296/19/422961991_0:0:3227:1816_1920x0_80_0_0_4b981adba3f92b6ebb431fe648c6cb46.jpg
BAKI, 19 may — Sputnik. "Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir: "Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun". Bahar Muradova qeyd edib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub: "Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir aıra problemlərə yol açır". Xaıtrladaq ki, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb. Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/19/422961991_0:0:2731:2048_1920x0_80_0_0_64fc380b1a3c670d6410092a456e4871.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boşanma, bahar muradova
Komitə sədri ölkədə boşanmaların artmasının səbəblərini açıqladı
Bahar Muradova bildirib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub.
BAKI, 19 may — Sputnik. "Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir:
"Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun".
Bahar Muradova qeyd edib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub:
"Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir aıra problemlərə yol açır".
Xaıtrladaq ki, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.
Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.