https://sputnik.az/20230519/gurcustan-mulki-aviasiya-agentliyi-rusiya-aviasirketinin-muracietine-cavab-verdi-455034295.html
Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiya aviaşirkətinin müraciətinə cavab verdi
Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiya aviaşirkətinin müraciətinə cavab verdi
Sputnik Azərbaycan
Bu ilin iyun ayından "Red Wings Airlines" Soçi - Tbilisi - Soçi və Moskva - Kutaisi - Moskva istiqamətlərində uçuşlar həyata keçirəcək. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T12:21+0400
2023-05-19T12:21+0400
2023-05-19T12:21+0400
rusiya
gürcüstan
rusiya prezidenti vladimir putin
aviasiya
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454456959_0:67:1160:720_1920x0_80_0_0_b401cd41b5d088febf15422a007cfd49.jpg
BAKI, 19 may — Sputnik. Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiyanın "Red Wings" aviaşirkətinə Tbilisi və Kutaisiyə birbaşa uçuşlar üçün icazə verdiyini bildirib. Bu barədə "RİA Novosti" məlumat yayıb. ""Red Wings Airlines" Tbilisi və Kutaisi hava limanları istiqamətində fəaliyyətə başlayır. Bu ilin iyun ayından "Red Wings Airlines" Soçi - Tbilisi - Soçi və Moskva - Kutaisi - Moskva istiqamətlərində uçuşlar həyata keçirəcək. Aviaşirkət Avropa İttifaqının qara siyahısında deyil", - agentliyin sosial şəbəkədəki səhifəsində dərc edilən bəyanatda deyilir. Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb. Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.
https://sputnik.az/20230505/red-wings-moskvadan-bakiya-birbasa-reysler-acib-454469390.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454456959_56:0:1104:786_1920x0_80_0_0_123550282b196fe05b1f1830db624715.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, rusiya prezidenti vladimir putin, aviasiya
gürcüstan, rusiya prezidenti vladimir putin, aviasiya
Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiya aviaşirkətinin müraciətinə cavab verdi
Bu ilin iyun ayından "Red Wings Airlines" Soçi - Tbilisi - Soçi və Moskva - Kutaisi - Moskva istiqamətlərində uçuşlar həyata keçirəcək.
BAKI, 19 may — Sputnik. Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiyanın "Red Wings" aviaşirkətinə Tbilisi və Kutaisiyə birbaşa uçuşlar üçün icazə verdiyini bildirib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
""Red Wings Airlines" Tbilisi və Kutaisi hava limanları istiqamətində fəaliyyətə başlayır. Bu ilin iyun ayından "Red Wings Airlines" Soçi - Tbilisi - Soçi və Moskva - Kutaisi - Moskva istiqamətlərində uçuşlar həyata keçirəcək. Aviaşirkət Avropa İttifaqının qara siyahısında deyil", - agentliyin sosial şəbəkədəki səhifəsində dərc edilən bəyanatda deyilir.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.