https://sputnik.az/20230505/red-wings-moskvadan-bakiya-birbasa-reysler-acib-454469390.html
Red Wings Moskvadan Bakıya birbaşa reyslər açıb
Red Wings Moskvadan Bakıya birbaşa reyslər açıb
Sputnik Azərbaycan
Bakıdakı hava limanında reysin ilk sərnişinlərini caz-bənd salamlayıb, möhtəşəm Azərbaycan və rus melodiyaları səslənib, sərnişinlər xatirə suvenirləri... 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T11:00+0400
2023-05-05T11:00+0400
2023-05-05T11:00+0400
rusiya
aviaşirkət
"rostex"
rostex” dövlət korporasiyası
şirkətlərin xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454456959_0:67:1160:720_1920x0_80_0_0_b401cd41b5d088febf15422a007cfd49.jpg
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında cümə günü, mayın 5-də Red Wings aviaşirkətinin ilk reysi eniş edib. Aviadaşıyıcını istehsalın idarəolunması mərkəsinin direktoru Samir Əsgərov təmsil edib. “Red Wings aviaşirkəti üçün Moskva-Bakı aviaşirkəti üzrə birinci reys marşrut şəbəkəsinin inkişafı və aviaşirkətin beynəlxalq aviadaşımalar bazarında iştirak coğrafiyasının genişləndirilməsində vacib addımdır. Biz sərnişinlərimizə uçuş zamanı yüksək təhlükəsizlik və rahatlıq səviyyəsini təmin etməyə can atırıq və ümid edirik ki, yeni istiqamət iki ölkə arasında turizm və biznesin inkişafına yardım edəcək”, - deyə Red Wings-in baş direktoru Yevgeni Solodilin qeyd edib. Moskva-Bakı və Bakı-Moskva reyslərinin ilk sərnişinləri Red Wings aviaşirkətindən xatirə suvenirləri alıblar. Bakı ənənə və müasirliyin yanaşı olduğu şəhərdir, burada əbədi gəncliyin və pozitivliyin ruhu yaşayır. Ümid edirik ki, sərnişinlər Bakıya uçmaq üçün bizim şirkətimizi seçəcəklər. Moskva-Bakı reysləri mayın 5-nə keçən gecədən start götürüb və cümə axşamı və bazar günləri həyata keçiriləcək, Bakı-Moskva reysləri mayın 5-dən bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 kresloluq müasir rahat SSJ100 laynerləri ilə həyata keçiriləcək. Red Wings aviaşirkəti “Rostex” Dövlət korporasiyasının konturuna daxildir və SSJ100-ün ikinci ən böyük istismarçısıdır. Bu gün aviaşirkətin donanmasının əsasını 19 SSJ100 təyyarəsi təşkil edir. 2023-cü ildə Red Wings uçuş proqramlarını fəal şəkildə inkişaf etdirməyi və Rusiya aviasiya texnikasının etalon istismarçısı qismində öz strategiyasına əməl edərək yerli aviaquruculuğun imicini aktiv olaraq dəstəkləməyi planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454456959_56:0:1104:786_1920x0_80_0_0_123550282b196fe05b1f1830db624715.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, aviaşirkət, "rostex", rostex” dövlət korporasiyası, şirkətlərin xəbərləri
rusiya, aviaşirkət, "rostex", rostex” dövlət korporasiyası, şirkətlərin xəbərləri
Red Wings Moskvadan Bakıya birbaşa reyslər açıb
Bakıdakı hava limanında reysin ilk sərnişinlərini caz-bənd salamlayıb, möhtəşəm Azərbaycan və rus melodiyaları səslənib, sərnişinlər xatirə suvenirləri alıblar.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında cümə günü, mayın 5-də Red Wings aviaşirkətinin ilk reysi eniş edib. Aviadaşıyıcını istehsalın idarəolunması mərkəsinin direktoru Samir Əsgərov təmsil edib.
“Red Wings aviaşirkəti üçün Moskva-Bakı aviaşirkəti üzrə birinci reys marşrut şəbəkəsinin inkişafı və aviaşirkətin beynəlxalq aviadaşımalar bazarında iştirak coğrafiyasının genişləndirilməsində vacib addımdır. Biz sərnişinlərimizə uçuş zamanı yüksək təhlükəsizlik və rahatlıq səviyyəsini təmin etməyə can atırıq və ümid edirik ki, yeni istiqamət iki ölkə arasında turizm və biznesin inkişafına yardım edəcək”, - deyə Red Wings-in baş direktoru Yevgeni Solodilin qeyd edib.
Moskva-Bakı və Bakı-Moskva reyslərinin ilk sərnişinləri Red Wings aviaşirkətindən xatirə suvenirləri alıblar. Bakı ənənə və müasirliyin yanaşı olduğu şəhərdir, burada əbədi gəncliyin və pozitivliyin ruhu yaşayır. Ümid edirik ki, sərnişinlər Bakıya uçmaq üçün bizim şirkətimizi seçəcəklər.
Moskva-Bakı reysləri mayın 5-nə keçən gecədən start götürüb və cümə axşamı və bazar günləri həyata keçiriləcək, Bakı-Moskva reysləri mayın 5-dən bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 kresloluq müasir rahat SSJ100 laynerləri ilə həyata keçiriləcək.
Red Wings aviaşirkəti “Rostex” Dövlət korporasiyasının konturuna daxildir və SSJ100-ün ikinci ən böyük istismarçısıdır. Bu gün aviaşirkətin donanmasının əsasını 19 SSJ100 təyyarəsi təşkil edir.
2023-cü ildə Red Wings uçuş proqramlarını fəal şəkildə inkişaf etdirməyi və Rusiya aviasiya texnikasının etalon istismarçısı qismində öz strategiyasına əməl edərək yerli aviaquruculuğun imicini aktiv olaraq dəstəkləməyi planlaşdırır.