https://sputnik.az/20230519/erdogan-xaricde-yasayan-turkiye-vetendaslarina-muraciet-edib-455033273.html
Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib
Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib
Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan müraciətində terror təşkilatı üzvlərinin təzyiqlərinə məğlub olmayan seçicilərinə təşəkkür edib. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T12:51+0400
2023-05-19T12:51+0400
2023-05-19T12:51+0400
ərdoğan
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türkiyədə seçkilər
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237229_0:67:2420:1428_1920x0_80_0_0_a8ea68d804e11f9767e403450634135d.jpg
BAKI, 19 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşlarına müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə tviterdə yazıb. Türkiyə lideri müraciətində yüksək seçici fəallığı ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu xatırladıb: "Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız". Ərdoğan hər bir seçicinin adının siyasət tarixinə qızıl hərflərlə yazıldığını söyləyib: "Buna görə sizə zəmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram". Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq. İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237229_0:116:2420:1931_1920x0_80_0_0_12f0e80207f3a17a9aebdc958a572121.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türkiyədə seçkilər
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türkiyədə seçkilər
Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib
Rəcəb Tayyib Ərdoğan müraciətində terror təşkilatı üzvlərinin təzyiqlərinə məğlub olmayan seçicilərinə təşəkkür edib.
BAKI, 19 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşlarına müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Türkiyə lideri müraciətində yüksək seçici fəallığı ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu xatırladıb: "Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız".
Ərdoğan hər bir seçicinin adının siyasət tarixinə qızıl hərflərlə yazıldığını söyləyib: "Buna görə sizə zəmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram".
Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.