https://sputnik.az/20230519/erdogan-sinan-oganin-sertlerini-qebul-etmeyecek-455051638.html
Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək
Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək
Sputnik Azərbaycan
Ərdoğan bildirib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T17:20+0400
2023-05-19T17:20+0400
2023-05-19T17:20+0400
sinan oğan
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə
türkiyədə seçkilər
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221504_0:0:2688:1512_1920x0_80_0_0_45f0349d49a5c51b98983fd448a6afab.jpg
BAKI, 19 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək. Bu barədə, o, CNN-ə müsahibəsində bildirib. O qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq. Qeyd edək ki, Sinan Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib: 1) Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi; 2) 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan "Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür" ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi; 3)Türkiyədəki 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi; 4) son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq; 5) terror təşkilatları və onların siyasi strukturlarından uzaq durmaq. Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq. İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221504_0:0:2688:2016_1920x0_80_0_0_3bfe7ddf104a94f9857945bf8c85044f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sinan oğan, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə, türkiyədə seçkilər
sinan oğan, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə, türkiyədə seçkilər
Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək
Ərdoğan bildirib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.
BAKI, 19 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək. Bu barədə, o, CNN-ə müsahibəsində bildirib. O qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.
Qeyd edək ki, Sinan Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib:
1) Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi;
2) 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan "Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür" ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi;
3)Türkiyədəki 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi;
4) son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq;
5) terror təşkilatları və onların siyasi strukturlarından uzaq durmaq.
Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.