CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektron qolbağ gəzdirənlərə xəbərdarlıq! Polisə məlumat verməli olacaqlar

© AP Photo / Eric GayElektron qolbağ
Elektron qolbağ - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Son zamanlar elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması halları genişləndirilib.
BAKI, 19 may — Sputnik. Nazirlər Kabineti "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nda dəyişikliklər edilib.
Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib.
Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib.
Xatırladaq ki, bir müddət öncə Şəki şəhərində fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxs yaxalanmışdı. Onun azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunduğu üzə çıxmışdı. Bundan əvvəl də Azərbaycanda elektron qolbağlı şəxs məscidlərdəki nəzir qutularını qarət etmişdi. O, Lənkəranın Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunu sındıraraq içərisindəki 120 manat pulu oğurlamışdı.
Xəbər lenti
0