https://sputnik.az/20230519/diplomati-ndoneziya-rusiyali-turistlere-mehdudiyyet-qoymayacaq-455055331.html
Diplomatı: İndoneziya rusiyalı turistlərə məhdudiyyət qoymayacaq
Diplomatı: İndoneziya rusiyalı turistlərə məhdudiyyət qoymayacaq
Sputnik Azərbaycan
Səfir bildirib ki, İndoneziya xarici ölkələrdən, həmçinin Rusiyadan gələn turistlərin sayını artırmağa çalışır. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T23:31+0400
2023-05-19T23:31+0400
2023-05-19T23:31+0400
indoneziya
dünya xəbərləri
rusiya
məhdudiyyət
turist
https://cdnn1.img.sputnik.az/img/42337/32/423373211_0:161:3071:1888_1920x0_80_0_0_2bb7dc0a36405ef613fd6d8fe24d33e6.jpg
BAKI, 19 may — Sputnik. İndoneziya Rusiyadan gələn turistlər üçün kvota və məhdudiyyətlər tətbiq etmək fikrində deyil. Bu barədə "TASS" informasiya agentliyi İndoneziyanın Rusiyadakı səfirinin müavini Berlian Helminin "Rusiya-İslam dünyası: KazanForum"u çərçivəsində söylədiklərinə istinadən xəbər verib. "Xeyr, turistlər üçün, o cümlədən Rusiyadan gələn turistlər üçün heç bir məhdudiyyət olmayacaq. İndi biz hətta xarici ölkələrdən İndoneziyaya, həmçinin Rusiyadan gələn turistlərin sayını artırmağa çalışırıq”, - agentlik səfirinin sözlərini sitat gətirib. Xatırladaq ki, bu yaxınlarda İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster xarici turistlər üçün kvota sistemi tətbiq etməyə hazır olduğunu açıqlayıb. Koster kvotaların tətbiqi ideyasının yaranmasının əsas səbəbini xarici turistlərin, xüsusən də rusiyalıların qeyri-münasib davranış və hərəkətlərini adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42337/32/423373211_171:0:2902:2048_1920x0_80_0_0_1460754eccb11af6f569e142d2d4c804.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
indoneziya, rusiya, məhdudiyyət, turist
indoneziya, rusiya, məhdudiyyət, turist
Diplomatı: İndoneziya rusiyalı turistlərə məhdudiyyət qoymayacaq
Səfir bildirib ki, İndoneziya xarici ölkələrdən, həmçinin Rusiyadan gələn turistlərin sayını artırmağa çalışır.
BAKI, 19 may — Sputnik. İndoneziya Rusiyadan gələn turistlər üçün kvota və məhdudiyyətlər tətbiq etmək fikrində deyil.
Bu barədə "TASS" informasiya agentliyi İndoneziyanın Rusiyadakı səfirinin müavini Berlian Helminin "Rusiya-İslam dünyası: KazanForum"u çərçivəsində söylədiklərinə istinadən xəbər verib.
"Xeyr, turistlər üçün, o cümlədən Rusiyadan gələn turistlər üçün heç bir məhdudiyyət olmayacaq. İndi biz hətta xarici ölkələrdən İndoneziyaya, həmçinin Rusiyadan gələn turistlərin sayını artırmağa çalışırıq”, - agentlik səfirinin sözlərini sitat gətirib.
Xatırladaq ki, bu yaxınlarda İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster xarici turistlər üçün kvota sistemi tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Koster kvotaların tətbiqi ideyasının yaranmasının əsas səbəbini xarici turistlərin, xüsusən də rusiyalıların qeyri-münasib davranış və hərəkətlərini adlandırıb.