https://sputnik.az/20230519/craatla-bagli-pozuntular-musahide-olunur----cedvel-455013089.html
Ali məhkəmə qərarların icraatı ilə bağlı pozuntuların müşahidə edildiyini açıqlayıb
Ali məhkəmə qərarların icraatı ilə bağlı pozuntuların müşahidə edildiyini açıqlayıb
Sputnik Azərbaycan
İcraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T11:22+0400
2023-05-19T11:22+0400
2023-05-19T11:29+0400
məhkəmə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_0:0:3073:1728_1920x0_80_0_0_a5b7ad26b93c4cc3d034cdb927989608.jpg
BAKI, 19 may — Sputnik. İnzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də sözügedən müraciətə qanunvericilikdə nəzərdə tutulan icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar. Bu barədə Ali Məhkəmənin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair apardığı ümumiləşdirmədə əks olunub. Məlumatda qeyd olunur ki, icraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan "İnzibati icraat haqqında" Qanunda təsbit olunub. Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri "İnzibati icraat haqqında" Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər: "Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir. Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir". "Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşan məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir", - deyə bildirilib. Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır: "Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq". "Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar. Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur", - deyə məlumatda bildirilib. Yəni bu o deməkdir ki, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar "İnzibati icraat haqqında" Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər: "İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_112:0:2843:2048_1920x0_80_0_0_c5927bdc7ea57c4709c5d436c5a08ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə
Ali məhkəmə qərarların icraatı ilə bağlı pozuntuların müşahidə edildiyini açıqlayıb
11:22 19.05.2023 (Yenilənib: 11:29 19.05.2023) İcraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir.
BAKI, 19 may — Sputnik. İnzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də sözügedən müraciətə qanunvericilikdə nəzərdə tutulan icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar.
Bu barədə Ali Məhkəmənin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair apardığı ümumiləşdirmədə əks olunub.
Məlumatda qeyd olunur ki, icraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan "İnzibati icraat haqqında" Qanunda təsbit olunub. Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri "İnzibati icraat haqqında" Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:
"Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir. Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir".
"Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşan məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir", - deyə bildirilib.
Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır: "Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq".
"Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar. Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur", - deyə məlumatda bildirilib.
Yəni bu o deməkdir ki, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar "İnzibati icraat haqqında" Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər: "İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər".