https://sputnik.az/20230519/cin-xn-i-g7-nin-rusiyaya-qarsi-yeni-sanksiyalar-tetbiq-etmek-planlarini-pisleyib-455043871.html
Çin XİN-i G7-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını pisləyib
Çin XİN-i G7-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını pisləyib
Sputnik Azərbaycan
Nazirlik qeyd edib ki, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T23:16+0400
2023-05-19T23:16+0400
2023-05-19T23:16+0400
rusiya xin rəhbəri sergey lavrov
dünya xəbərləri
çin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455043366_0:79:1030:659_1920x0_80_0_0_36998fcb2d0a50321b84bc45aed2f41d.jpg
BAKI, 19 may — Sputnik. Çin "Böyük yeddilik" ölkələrinin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qarşıdır, çünki onlar beynəlxalq hüquqa əsaslanmır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib. "Çin həmişə beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxıb", - deyə diplomat bildirib. Van Venbinin sözlərinə görə, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və məcburiyyəti ona təsir etmir. G7 ölkələrinin rəhbərləri Yaponiyada keçiriləcək sammitdə "Rusiya silahlı qüvvələrini dəstəkləyən" ticarəti məhdudlaşdırmaq üçün Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırırlar. Yaponiyanın Baş naziri Fumio Kişida isə G7-nin Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455043366_0:33:1086:847_1920x0_80_0_0_a3e98ff6c3695163f22fe60151eb62d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, çin, rusiya prezidenti vladimir putin, vladimir putin
rusiya xin rəhbəri sergey lavrov, çin, rusiya prezidenti vladimir putin, vladimir putin
Çin XİN-i G7-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını pisləyib
Nazirlik qeyd edib ki, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib.
BAKI, 19 may — Sputnik. Çin "Böyük yeddilik" ölkələrinin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qarşıdır, çünki onlar beynəlxalq hüquqa əsaslanmır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib.
"Çin həmişə beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxıb", - deyə diplomat bildirib.
Van Venbinin sözlərinə görə, Moskva və Pekin arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və məcburiyyəti ona təsir etmir.
G7 ölkələrinin rəhbərləri Yaponiyada keçiriləcək sammitdə "Rusiya silahlı qüvvələrini dəstəkləyən" ticarəti məhdudlaşdırmaq üçün Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırırlar.
Yaponiyanın Baş naziri Fumio Kişida isə G7-nin Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.