SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSerqey Lavrov və Ceyhun Bayramov
Serqey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Azərbaycan XİN-in başçısı deyib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir.
BAKI, 19 may — Sputnik. "Azərbaycan postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya və Ermənistandan olan həmkarları Sergey Lavrovla Ararat Mirzoyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün açılışı zamanı çıxışında deyib.
Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub.
XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb.
"Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək", - diplomat əlavə edib.
Mirzoyan - Sputnik Azərbaycan, 1920, 19.05.2023
SİYASƏT
Mirzoyan: “Sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyiş var”
Xəbər lenti
0