https://sputnik.az/20230519/azerbaycanda-1384-cutluk-bosanmaq-fikrinden-dasinib-455045577.html
Azərbaycanda 1384 cütlük boşanmaq fikrindən daşınıb
Azərbaycanda 1384 cütlük boşanmaq fikrindən daşınıb
Sputnik Azərbaycan
Nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T20:29+0400
2023-05-19T20:29+0400
2023-05-19T20:57+0400
könüllü
cəmiyyət
nikah
https://cdnn1.img.sputnik.az/img/42357/89/423578923_0:104:1989:1223_1920x0_80_0_0_6aecf3c311bc46e3800c801f6e3c7d82.jpg
BAKI, 19 may — Sputnik. "Bu il mediasiya ilə barışıq sazişlərinin sayı 2913 olub". Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, ilk vaxtlar bəzi şəxslər Azərbaycanda mediasiya prosesinin alınmayacağını iddia edirdi:"Amma təcrübə göstərir ki, ölkəmizdə kifayət qədər peşəkar mediatorlar var. Onların 100-ə yaxını həm də vəkildir. Sevindirici haldır ki, ötən il mediasiyaya müraciətin 950-si könüllü olub. Ötən il 3429 barışıq sazişi olub. 25100 müraciət təhdidləyici tərəflərin əməyi nəticəsində məhkəmələrə gedib və mübahisələrini müdiasiyada həll etməyib. Bu il mediasiyaya 891 könüllü müraciət daxil olub. Barışıq sazişlərinin sayı isə 2913-dür. Onlar təkcə məhkəmənin iş yükünü azaltmayıb, həm də insanlarda hüquq mədəniyyəti formalaşdırır. Ötən il xitamlarla bağlı rəqəmlər 8400-dən yuxarı olub". Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova isə deyib ki, ötən ilin statistikasına əsasən, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faizə qədər artıb, boşanmaların sayı isə nisbətən azalıb. Onun sözlərinə görə, ölkəmizdə aparılan hüquq-məhkəmə islahatlarının nəticəsində vətəndaşların hüquqlarının məhkəmə yolu ilə müdafiəsinin gücləndirilməsi ictimai etimadın artmasına səbəb olub. "Həmçinin hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədilə ölkəmizdə yeni institut – mediasiya institutu yaradılıb. Qeyd etmək lazımdır ki, mediasiya proseslərində daha çox ailə mübahisələri üstünlük təşkil edilir. Mən onu da vurğulamaq istəyirəm ki, nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunur. Məhz bunun sayəsində 2018-ci ildən bu yana ümumilikdə 7619 nikahın pozulması üçün müraciət edən şəxslərdən 1384 cütlük, yəni 2768 nəfər bu fikirdən daşınıb. Bu, onlara göstərilən psixoloq xidmətlərinin də uğurudur. Hansı ki biz bu prosesi Bakıdan əlavə, bölgələrimizdə də həyata keçirməyi planlaşdırırıq", - o əlavə edib" deyə R. Kərimova bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/89/423578923_111:0:1879:1326_1920x0_80_0_0_f6933a08fcee8d845381182558aa106c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
könüllü, nikah
Azərbaycanda 1384 cütlük boşanmaq fikrindən daşınıb
20:29 19.05.2023 (Yenilənib: 20:57 19.05.2023) Nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunur.
BAKI, 19 may — Sputnik. "Bu il mediasiya ilə barışıq sazişlərinin sayı 2913 olub". Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ilk vaxtlar bəzi şəxslər Azərbaycanda mediasiya prosesinin alınmayacağını iddia edirdi:
"Amma təcrübə göstərir ki, ölkəmizdə kifayət qədər peşəkar mediatorlar var. Onların 100-ə yaxını həm də vəkildir. Sevindirici haldır ki, ötən il mediasiyaya müraciətin 950-si könüllü olub. Ötən il 3429 barışıq sazişi olub. 25100 müraciət təhdidləyici tərəflərin əməyi nəticəsində məhkəmələrə gedib və mübahisələrini müdiasiyada həll etməyib. Bu il mediasiyaya 891 könüllü müraciət daxil olub. Barışıq sazişlərinin sayı isə 2913-dür. Onlar təkcə məhkəmənin iş yükünü azaltmayıb, həm də insanlarda hüquq mədəniyyəti formalaşdırır. Ötən il xitamlarla bağlı rəqəmlər 8400-dən yuxarı olub".
Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova isə deyib ki, ötən ilin statistikasına əsasən, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faizə qədər artıb, boşanmaların sayı isə nisbətən azalıb. Onun sözlərinə görə, ölkəmizdə aparılan hüquq-məhkəmə islahatlarının nəticəsində vətəndaşların hüquqlarının məhkəmə yolu ilə müdafiəsinin gücləndirilməsi ictimai etimadın artmasına səbəb olub.
"Həmçinin hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədilə ölkəmizdə yeni institut – mediasiya institutu yaradılıb. Qeyd etmək lazımdır ki, mediasiya proseslərində daha çox ailə mübahisələri üstünlük təşkil edilir. Mən onu da vurğulamaq istəyirəm ki, nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunur. Məhz bunun sayəsində 2018-ci ildən bu yana ümumilikdə 7619 nikahın pozulması üçün müraciət edən şəxslərdən 1384 cütlük, yəni 2768 nəfər bu fikirdən daşınıb. Bu, onlara göstərilən psixoloq xidmətlərinin də uğurudur. Hansı ki biz bu prosesi Bakıdan əlavə, bölgələrimizdə də həyata keçirməyi planlaşdırırıq", - o əlavə edib" deyə R. Kərimova bildirib.