Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda yay rejiminə keçidi başa çatıb - VİDEO

© AR Ministry of DefenceSilah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilib.
BAKI, 19 may — Sputnik. 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya mövsümi qulluq göstərilib.
Qeyd edək ki, silah və texnikanın yay istismar rejiminə keçidi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilib.
Xəbər lenti
0