https://sputnik.az/20230519/aliment-ohdeliyi-olan-sexslerin-hessas-qrup-kimi-taninmasi-temin-olunmalidir-455034691.html
Aliment öhdəliyi olan şəxslərin həssas qrup kimi tanınması təmin olunmalıdır
Aliment öhdəliyi olan şəxslərin həssas qrup kimi tanınması təmin olunmalıdır
Sputnik Azərbaycan
Adil Vəliyev bildirib ki, bəzən gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı əmək haqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T15:00+0400
2023-05-19T15:00+0400
2023-05-19T15:00+0400
aliment
cəmiyyət
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42296/42/422964243_0:0:2880:1620_1920x0_80_0_0_9bf9989b268814ce172c8adf913bff19.jpg
BAKI, 19 may — Sputnik. "Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, alimentlə bağlı problemlər də çox ciddidir: "Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda, ya onu sübut eləmək mümkün olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa, bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əmək haqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var. Mən hesab edirəm ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər". O, həmçinin qeyd edib ki, heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur. MM-in şöbə müdiri onu da əlavə edib ki, ailə institustunun möhkəmləndirilməsi üçün bir çox təşkilati hüquqi tədbirlər görülsə də, təbii ki, bu tam deyil. “Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan MM bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur”. Şöbə müdiri qeyd edib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir. “Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşaiyət olunsun. Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intiriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir” deyə o bildirib. Qeyd edək ki, 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənəd olubsa, 2021-ci ildə bu sənədlərin sayı 99 mindən çox olub. Bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova öz çıxışlarından birində səsləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/42/422964243_320:0:2880:1920_1920x0_80_0_0_458b2a40f24f9253c44b4c8c7d27f535.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aliment, ədliyyə nazirliyi
aliment, ədliyyə nazirliyi
Aliment öhdəliyi olan şəxslərin həssas qrup kimi tanınması təmin olunmalıdır
Adil Vəliyev bildirib ki, bəzən gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı əmək haqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur.
BAKI, 19 may — Sputnik. "Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, alimentlə bağlı problemlər də çox ciddidir:
"Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda, ya onu sübut eləmək mümkün olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa, bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əmək haqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var. Mən hesab edirəm ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər".
O, həmçinin qeyd edib ki, heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur. MM-in şöbə müdiri onu da əlavə edib ki, ailə institustunun möhkəmləndirilməsi üçün bir çox təşkilati hüquqi tədbirlər görülsə də, təbii ki, bu tam deyil.
“Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan MM bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur”.
Şöbə müdiri qeyd edib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir.
“Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşaiyət olunsun. Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intiriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir” deyə o bildirib.
Qeyd edək ki, 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənəd olubsa, 2021-ci ildə bu sənədlərin sayı 99 mindən çox olub. Bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova öz çıxışlarından birində səsləndirib.