https://sputnik.az/20230519/abs-avropa-ve-yaponiyada-dehsetli-tenezzul-fonunda-banklar-cokecek---investor-rocers-455012344.html
ABŞ, Avropa və Yaponiyada "dəhşətli" tənəzzül fonunda banklar çökəcək - investor Rocers
ABŞ, Avropa və Yaponiyada "dəhşətli" tənəzzül fonunda banklar çökəcək - investor Rocers
Sputnik Azərbaycan
İnvestorun fikrincə, Vaşinqtonda yeni uğursuzluqların qarşısını almaq niyyətini açıq şəkildə bildirirlər və buna görə də əmanətçilər bank sistemində... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T11:06+0400
2023-05-19T11:06+0400
2023-05-19T11:06+0400
bank
iqtisadiyyat
abş
kaliforniya
silikon vadisi
https://cdnn1.img.sputnik.az/img/07e7/05/01/454369443_0:0:3071:1728_1920x0_80_0_0_9b08a6517669574c32265ce13f2ed497.jpg
BAKI, 19 may — Sputnik. ABŞ, Avropa və Yaponiya qarşıdakı "dəhşətli" tənəzzül fonunda çökən bankların sayının artacağını gözləyir. Bu barədə məşhur amerikalı investor Cim Rocers RİA Novosti-yə verdiyi müsahibədə deyib. "Təkcə ABŞ-da deyil, bir çox ölkədə xeyli sayda bank uğursuzluğa düçar olacaq. Yaponiyada, Avropada, bir çox yerlərdə. Bankların çökdüyünü görəcəksiniz, buna görə də növbəti tənəzzül dəhşətli olacaq", - deyə amerikalı investor proqnozlaşdırır. Rocersin fikrincə, iqtisadiyyat pis vəziyyətdə olduqda, bank sektorunda yeni çöküşlərə səbəb "səhv edəcək insanlar olacaq". "Banklar çökməyə başlayan kimi hökumət onları birləşdirir. Hökumət kimin daha zəif olduğuna, kimin probleminin olmasına baxır və birləşmə əməliyyatları həyata keçirir və bununla da vəziyyətin qabağını alır", - deyə məşhur investor ABŞ hakimiyyətinin "vəziyyəti daha da pisləşdirdiyini” vurğulayıb. İnvestor izah edib ki, Vaşinqton yeni uğursuzluqların qarşısını almaq niyyətini açıq şəkildə bəyan edir və buna görə də əmanətçilər bank sistemindəki problemlərdən xəbərsizdirlər. "Bu, yalnız vəziyyəti daha da pisləşdirir. Bu, insanları daha çox səhv etməyə təşviq edir. Səhvlər çoxalır və bankların çöküşləri təkcə ABŞ-da deyil, bir çox ölkədə daha da artır. Lakin ABŞ-da növbəti bank uğursuzluqları mütləq daha böyük olacaq”, - deyə Cim Rocers fikrini yekunlaşdırıb. ABŞ-ın bank sektorundakı çətinliklər mart ayında Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan “Silicon Valley Bankı”nı bağladıqdan sonra daha da kəskinləşib. “SVB”nin çökməsi bir çox maliyyə institutlarının balansında olan aktivlərin dəyərsizləşməsinə səbəb olan Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsinin artması ilə əlaqəli olub. Həmçinin martın 8-də kriptovalyuta yönümlü oaln “Silvergate” Bankının, martın 12-də isə Nyu-Yorkda yerləşən “Signature Bank”ın bağlanacağı elan edilib. May ayında Kaliforniya ştatının Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) “First Republic Bank”ı Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verib. Eyni zamanda “JPMorgan Chase”in bank əmanətlərinin və aktivlərinin alınması üçün müraciətini də qəbul edib. “FRB”nin təxminən 230 milyard dollar dəyərində aktivləri və 100 milyard dollardan çox depozitləri olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/01/454369443_0:0:2729:2047_1920x0_80_0_0_ea32b72a332cae6a1d84d90fdfcc6bfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, abş, kaliforniya, silikon vadisi
bank, abş, kaliforniya, silikon vadisi
ABŞ, Avropa və Yaponiyada "dəhşətli" tənəzzül fonunda banklar çökəcək - investor Rocers
İnvestorun fikrincə, Vaşinqtonda yeni uğursuzluqların qarşısını almaq niyyətini açıq şəkildə bildirirlər və buna görə də əmanətçilər bank sistemində problemlərin olduğunu bilmirlər.
BAKI, 19 may — Sputnik. ABŞ, Avropa və Yaponiya qarşıdakı "dəhşətli" tənəzzül fonunda çökən bankların sayının artacağını gözləyir.
Bu barədə məşhur amerikalı investor Cim Rocers RİA Novosti-yə verdiyi müsahibədə deyib.
"Təkcə ABŞ-da deyil, bir çox ölkədə xeyli sayda bank uğursuzluğa düçar olacaq. Yaponiyada, Avropada, bir çox yerlərdə. Bankların çökdüyünü görəcəksiniz, buna görə də növbəti tənəzzül dəhşətli olacaq", - deyə amerikalı investor proqnozlaşdırır.
Rocersin fikrincə, iqtisadiyyat pis vəziyyətdə olduqda, bank sektorunda yeni çöküşlərə səbəb "səhv edəcək insanlar olacaq".
"Banklar çökməyə başlayan kimi hökumət onları birləşdirir. Hökumət kimin daha zəif olduğuna, kimin probleminin olmasına baxır və birləşmə əməliyyatları həyata keçirir və bununla da vəziyyətin qabağını alır", - deyə məşhur investor ABŞ hakimiyyətinin "vəziyyəti daha da pisləşdirdiyini” vurğulayıb.
İnvestor izah edib ki, Vaşinqton yeni uğursuzluqların qarşısını almaq niyyətini açıq şəkildə bəyan edir və buna görə də əmanətçilər bank sistemindəki problemlərdən xəbərsizdirlər.
"Bu, yalnız vəziyyəti daha da pisləşdirir. Bu, insanları daha çox səhv etməyə təşviq edir. Səhvlər çoxalır və bankların çöküşləri təkcə ABŞ-da deyil, bir çox ölkədə daha da artır. Lakin ABŞ-da növbəti bank uğursuzluqları mütləq daha böyük olacaq”, - deyə Cim Rocers fikrini yekunlaşdırıb.
ABŞ-ın bank sektorundakı çətinliklər mart ayında Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan “Silicon Valley Bankı”nı bağladıqdan sonra daha da kəskinləşib. “SVB”nin çökməsi bir çox maliyyə institutlarının balansında olan aktivlərin dəyərsizləşməsinə səbəb olan Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsinin artması ilə əlaqəli olub. Həmçinin martın 8-də kriptovalyuta yönümlü oaln “Silvergate” Bankının, martın 12-də isə Nyu-Yorkda yerləşən “Signature Bank”ın bağlanacağı elan edilib.
May ayında Kaliforniya ştatının Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) “First Republic Bank”ı Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verib. Eyni zamanda “JPMorgan Chase”in bank əmanətlərinin və aktivlərinin alınması üçün müraciətini də qəbul edib. “FRB”nin təxminən 230 milyard dollar dəyərində aktivləri və 100 milyard dollardan çox depozitləri olub.