Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türkiyədəki seçkilərlə əlaqədar Azərbaycanda səsvermənin vaxtı açıqlanıb

© AP Photo / UncreditedTürkiyədə səsvermə, arxiv şəkli
Türkiyədə səsvermə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verə biləcəklər.
BAKI, 18 may — Sputnik. Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycanda keçiriləcək səsvermənin vaxtı açıqlanıb.
Türkiyənin ölkəmizdəki səfirliyinin məlumatına görə, seçkilərin ikinci turu ilə əlaqədar Azərbaycanda səsvermə mayın 20-22-də keçiriləcək.
Bununla əlaqədar olaraq Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib. Qeyd edək ki, Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verə biləcəklər.
Qeyd edək ki, mayın 14-də Türkiyədə keçirilən seçkilərin nəticələrə əsasən, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.
Namizədlərin heç biri səslərin 50.1 faizini toplamadığı seçkilər ikinci tura qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0