https://sputnik.az/20230518/space-tv-ile-media-fmin-yayimi-qanunu-pozuntulara-gore-muveqqeti-dayandirilacaq-454992682.html
"Space TV" ilə "Media FM"in yayımı qanunu pozuntulara görə müvəqqəti dayandırılacaq
"Space TV" ilə "Media FM"in yayımı qanunu pozuntulara görə müvəqqəti dayandırılacaq
Sputnik Azərbaycan
"Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T15:12+0400
2023-05-18T15:12+0400
2023-05-18T15:12+0400
pult
cəmiyyət
reklam
qanun
televiziya
https://cdnn1.img.sputnik.az/img/41497/99/414979950_0:0:1920:1080_1920x0_80_0_0_f9b44adc79bd60cbab62e383d959a42d.jpg
BAKI, 18 may — Sputnik. Audiovizual Şuranın videoformatda iclası keçirilib. Bu barədə Şuradan məlumat verilib. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlana "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub. Belə ki, ümumölkə radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb. Bundan başqa, ümumölkə televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb. Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq. Audiovizual Şura bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41497/99/414979950_145:0:1852:1280_1920x0_80_0_0_769b6e6d64a6f0a9b176cc5507fde143.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pult, reklam, qanun, televiziya
pult, reklam, qanun, televiziya
"Space TV" ilə "Media FM"in yayımı qanunu pozuntulara görə müvəqqəti dayandırılacaq
"Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.
BAKI, 18 may — Sputnik. Audiovizual Şuranın videoformatda iclası keçirilib. Bu barədə Şuradan məlumat verilib. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlana "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.
Belə ki, ümumölkə radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.
Bundan başqa, ümumölkə televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.
Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.
Audiovizual Şura bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.