https://sputnik.az/20230518/sertifikasiyada-netice-qazana-bilmeyen-505-muellim-telimlerde-istirakdan-imtina-edib-454982571.html
Sertifikasiyada nəticə qazana bilməyən 505 müəllim təlimlərdə iştirakdan imtina edib
Sertifikasiyada nəticə qazana bilməyən 505 müəllim təlimlərdə iştirakdan imtina edib
Sputnik Azərbaycan
İlkin elandan sonra imtina edən müəllimlər belə sonradan təlimdə iştirak üçün müraciət ediblər. Humanist addım ataraq onlayn təlimlərin yenidən təşkili... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T22:55+0400
2023-05-18T22:55+0400
2023-05-18T22:55+0400
müəllim
təhsil
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 18 may — Sputnik. Ötən il keçirilən sertifikasiya imtahanında nəticə qazana bilməyən 505 müəllim öz ərizəsi ilə təlimlərdə iştirakdan imtina edib. 32 müəllim isə ya işdən çıxıb, ya da vəfat etməsi səbəbindən təlimlərdən kənarda qalıb. Bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, müəllimlərin təlimlərə cəlbi ilə bağlı hər cür şərait yaradılıb: "Hətta ilkin elandan sonra imtina edən müəllimlər belə sonradan təlimdə iştirak üçün müraciət ediblər. Humanist addım ataraq onlayn təlimlərin yenidən təşkili planlaşdırılır. Yaxın günlərdə onların xahişi nəzərə alınacaq". Nazirlik yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası məsələsinə aydınlıq gətirib Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə bildirib ki, 60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər:Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir:"Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq". Qeyd edək ki, iyunun 20-24-də müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, sertifikasiya
Sertifikasiyada nəticə qazana bilməyən 505 müəllim təlimlərdə iştirakdan imtina edib
İlkin elandan sonra imtina edən müəllimlər belə sonradan təlimdə iştirak üçün müraciət ediblər. Humanist addım ataraq onlayn təlimlərin yenidən təşkili planlaşdırılır.
BAKI, 18 may — Sputnik. Ötən il keçirilən sertifikasiya imtahanında nəticə qazana bilməyən 505 müəllim öz ərizəsi ilə təlimlərdə iştirakdan imtina edib. 32 müəllim isə ya işdən çıxıb, ya da vəfat etməsi səbəbindən təlimlərdən kənarda qalıb.
Bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
O bildirib ki, müəllimlərin təlimlərə cəlbi ilə bağlı hər cür şərait yaradılıb: "Hətta ilkin elandan sonra imtina edən müəllimlər belə sonradan təlimdə iştirak üçün müraciət ediblər. Humanist addım ataraq onlayn təlimlərin yenidən təşkili planlaşdırılır. Yaxın günlərdə onların xahişi nəzərə alınacaq".
Nazirlik yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası məsələsinə aydınlıq gətirib
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə bildirib ki, 60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər:
"Əgər iştirak etsələr əməkhaqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq".
Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir:
"Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq".
Qeyd edək ki, iyunun 20-24-də müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.