https://sputnik.az/20230518/qirgizistan-cinle-emekdasligi-inkisaf-etdirmekde-maraqlidir---japarov-454978605.html
Qırğızıstan Çinlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır - Japarov
Qırğızıstan Çinlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır - Japarov
Sputnik Azərbaycan
Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir, eyni zamanda, qarşılıqlı ticarətdə, eləcə də Qırğızıstan iqtisadiyyatına Çin... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T16:18+0400
2023-05-18T16:18+0400
2023-05-18T16:27+0400
sadır japarov
dünya xəbərləri
qırğızıstan
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400481_0:76:1280:796_1920x0_80_0_0_0086b53836f9e37b1a92b3940fa178f8.jpg
BAKI, 18 may — Sputnik. Qırğızıstan Çinlə ticari-iqtisadi sahədə, o cümlədən maliyyə sektorunda qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bunu cümə axşamı Sian şəhərində Çin sədri Si Cinpinlə görüşündə Qırğız Respublikasının prezidenti Sadır Japarov deyib. Onun sözlərinə görə, Japarov iki dövlət arasında münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu vurğulayıb."Ölkələrimiz arasında heç bir siyasi fikir ayrılığı və ya həll olunmamış problem yoxdur. Biz dövlətlərimiz üçün aktual, həyati vacib məsələlərdə bir-birimizə dəstək veririk", - deyə prezident bildirib. Onun sözlərinə görə, Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir, eyni zamanda, qarşılıqlı ticarətdə, eləcə də Qırğızıstan iqtisadiyyatına Çin investisiyalarının həcmində artım müşahidə olunur. Japarov əlavə edib ki, Bişkekin qarşıdan gələn Mərkəzi Asiya-Çin sammitindən böyük gözləntiləri var. Japarov Çin Xalq Respublikasının sədrini Qırğızıstana dövlət səfərinə dəvət edib. "İkitərəfli danışıqlar zamanı liderlər Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinə xüsusi diqqət yetirib, onun həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar", - mətbuat xidmətindən bildirilib. Bu günə qədər tərəflər layihənin texniki-iqtisadi əsaslandırmasını artıq başa çatdırıblar. Qırğızıstan prezidenti iki günlük dövlət səfəri və Çin-Mərkəzi Asiya sammitində iştirak etmək üçün mayın 17-də Çinə gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400481_59:0:1222:872_1920x0_80_0_0_3a4bf6657b67393c4b8e4c7dba0466c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sadır japarov, qırğızıstan, çin
sadır japarov, qırğızıstan, çin
Qırğızıstan Çinlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır - Japarov
16:18 18.05.2023 (Yenilənib: 16:27 18.05.2023) Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir, eyni zamanda, qarşılıqlı ticarətdə, eləcə də Qırğızıstan iqtisadiyyatına Çin investisiyalarının həcmində artım müşahidə olunur.
BAKI, 18 may — Sputnik. Qırğızıstan Çinlə ticari-iqtisadi sahədə, o cümlədən maliyyə sektorunda qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bunu cümə axşamı Sian şəhərində Çin sədri Si Cinpinlə görüşündə Qırğız Respublikasının prezidenti Sadır Japarov deyib.
"Dövlət başçısı Qırğızıstan tərəfinin ticarət-iqtisadi və investisiya sahələrində, təhsil, maliyyə, elektron ticarət, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib", - Qırğızıstan liderinin mətbuat xidməti bildirib.
Onun sözlərinə görə, Japarov iki dövlət arasında münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu vurğulayıb.
"Ölkələrimiz arasında heç bir siyasi fikir ayrılığı və ya həll olunmamış problem yoxdur. Biz dövlətlərimiz üçün aktual, həyati vacib məsələlərdə bir-birimizə dəstək veririk", - deyə prezident bildirib.
Onun sözlərinə görə, Çin Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir, eyni zamanda, qarşılıqlı ticarətdə, eləcə də Qırğızıstan iqtisadiyyatına Çin investisiyalarının həcmində artım müşahidə olunur. Japarov əlavə edib ki, Bişkekin qarşıdan gələn Mərkəzi Asiya-Çin sammitindən böyük gözləntiləri var.
Japarov Çin Xalq Respublikasının sədrini Qırğızıstana dövlət səfərinə dəvət edib. "İkitərəfli danışıqlar zamanı liderlər Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinə xüsusi diqqət yetirib, onun həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar", - mətbuat xidmətindən bildirilib.
Bu günə qədər tərəflər layihənin texniki-iqtisadi əsaslandırmasını artıq başa çatdırıblar.
Qırğızıstan prezidenti iki günlük dövlət səfəri və Çin-Mərkəzi Asiya sammitində iştirak etmək üçün mayın 17-də Çinə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.