CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloji Sağlamlıq sahəsində çalışan müəssisələrdə ciddi boşluqlar - Millət vəkili

© Photo : APAƏhliman Əmiraslanov, Milli Məclisin deputatı
Əhliman Əmiraslanov, Milli Məclisin deputatı - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, psixoloji Sağlamlıq haqqında qanunu qəbul olunub və müvafiq tələblərə uyğun olaraq daim dəyişikliklər edilir.
BAKI, 18 may — Sputnik. Ölkədə fəaliyyət göstərən müəssisələrinin hər birində psixoloji dəstəklə məşğul olan şəxslər olmalıdır.
Bunu "Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası" layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Səhiyyə komitəsi yaranandan və müstəqil fəaliyyətə başladığı ilk gündən əhalinin psixoloji sağlamlığı istiqamətində aparılan işlərin yetəri qədər olmadığı məlum olub:

"Psixoloji Sağlamlıq haqqında qanunu qəbul olunub və müvafiq tələblərə uyğun olaraq daim dəyişikliklər edirik. Biz bu qanunu hazırlayarkən məlum oldu ki, bu sahədə çalışan müəssisələrdə kifayət qədər kadr yoxdur, ciddi boşluqlar var".

Digər millət vəkili Musa Quliyev isə ehtiyatda olan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı mərkəzlərin yaradılmasını təklif edib.
O bildirib ki, tərxis olunan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı Müdafiə Nazirliyinin nəzdində mərkəzlərin yaradılması lazımdır: "Bu məsələ ilə bağlı Milli Məclis olaraq dəstək olmağa hazırıq".
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0