Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prodüserlər və Dövlət Vergi Xidmətinin əməkdaşları bir araya gəldilər

© Mark Wilson / Getty Images / AFPMəmurlar
Məmurlar - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Kino istehsalı zamanı və kinonun prokatında yaranan vergilər barəsində, bu sahədə investisiyaların təşviqi və rəqabətə davamlılığı təmin edə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 18 may — Sputnik. Bu gün Azərbaycan Prodüserlər Assosiasiyası Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Prodüserlər Assosiasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Assosiasiyanın sədri Fikrin Bəktaşi, üzvləri Emil Nəcəfov, Əli İsa Cabbarov və Orxan Əliyev iştirak edib.
Görüşdə kino sənayesinin inkişafı məqsədilə vergi siyasətində və vergi qanunvericiliyində beynəlxalq təcrübələrin tətbiqi, kino istehsalı zamanı və kinonun prokatında yaranan vergilər barəsində fikir mübadiləsi, kino sahəsinə investisiyaların təşviqi və bu sahənin rəqabətə davamlılığını təmin edə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Vergi xidmətinin nümayəndələri belə görüşlərin əhəmiyyətini xüsusilə vurğuladılar, daha geniş əməkdaşlığın qurulmasında və görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0