CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibədən sonra dörd minədək şəxsin əlillik dərəcəsi müəyyən edilib

© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Qurum rəhbəri bildirib ki, Agentliyin tabeliyində olan 14 reabilitasiya mərkəzi vasitəsilə 2803 müharibə iştirakçısına psixoloji yardım göstərilib"
BAKI, 18 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibədən sonra 124 min şəxsə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarına ümumilikdə 285 min müxtəlif sosial xidmət göstərilib.
Bunu "Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası" layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
O bildirib ki, həmin şəxslərdən 4 min 600 nəfər fərdi evlərlə təmin olunub:
"3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib. 1900 nəfər müxtəlif növ reabilitasiya vasitələri ilə təmin olunub. 416 nəfər isə 433 protezlə təmin olunub. Agentliyin tabeliyində olan 14 reabilitasiya mərkəzi vasitəsilə 2803 müharibə iştirakçısına psixoloji yardım göstərilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0