Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Njupuo Yap Mariatu ilk növbədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirib.
BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib.
Njupuo Yap Mariatu ilk növbədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirib.
Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasətçi olduğunu vurğulayan Mülki Müdafiə Təşkilatının Baş katibi Prezident İlham Əliyevin ölkədə sabitliyin və dinamik inkişafın təmin edilməsi ilə onun siyasətini uğurla davam etdirdiyini bildirib. Dövlətimizin başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini deyən qonaq qeyd edib ki, bu, Prezident İlham Əliyevin ölkəmiz və region üçün verdiyi dəyərli töhfədir.
Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verib.
Qonaq qeyd etdi ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. Njupuo Yap Mariatu Baş Assambleyanın 2022-ci ildə keçirilmiş sonuncu sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmnunluqla vurğulayıb.
O, səfərinin əməkdaşlığımızın daha da inkişaf etməsinə və güclənməsinə təkan verəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu qeyd edib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.
Dövlətimizin başçısı COVID-19 pandemiyasi zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırladı, bunu Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib.
Söhbət zamanı iqlim dəyişikləri barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0