https://sputnik.az/20230518/g7-olkeleri-ve-a-resmi-aciqlamalarda-cinin-nece-qeyd-olunmasi-ile-bagli-mubahise-edirler-454980681.html
G7 ölkələri və Aİ rəsmi açıqlamalarda Çinin necə qeyd olunması ilə bağlı mübahisə edirlər
G7 ölkələri və Aİ rəsmi açıqlamalarda Çinin necə qeyd olunması ilə bağlı mübahisə edirlər
Sputnik Azərbaycan
Avropa rəsmiləri birbaşa Çin əleyhinə bəyanatlar vermək fikrindən ehtiyatlanırlar - onlar qorxurlar ki, bu, Qərbin dünyanın qalan hissəsinə qarşı olduğu barədə... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T11:41+0400
2023-05-18T11:41+0400
2023-05-18T11:41+0400
g7
dünya xəbərləri
ai
çin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/18/434534836_0:0:3073:1728_1920x0_80_0_0_8351db2386f9f6f2df9c0cf2271b1300.jpg
BAKI, 18 may — Sputnik. "Böyük Yeddilik" (G7) ölkələri və Aİ rəsmi bəyanatlarda Çinə qarşı hansı ritorikadan istifadə edilməsi barədə razılığa gələ bilmirlər. Bu barədə "Financial Times" qəzeti yazıb. Bundan əvvəl "Bloomberg" agentliyi G7 ölkələrinin Xirosima sammitində Çindən gələn iqtisadi təzyiqlərə qarşı birgə səylər barədə açıqlama vermək niyyətində olduqlarını bildirmişdi. "Pərdə arxasında yeddi əsas inkişaf etmiş sənayeyə malik ölkə və Aİ, Çinin rəsmi bəyanatlarında nə dərəcədə yer alması barədə mübahisə edirlər", - deyə nəşr xəbər verib. Qeyd olunub ki, Avropa rəsmiləri birbaşa Çin əleyhinə bəyanatlar vermək fikrindən ehtiyatlanırlar. Bundan əlavə, onlar qorxurlar ki, bu, Qərbin dünyanın qalan hissəsinə qarşı olduğu barədə təəssürat yarada bilər. Onların fikrincə, Pekinin davranışını onunla qarşılıqlı əlaqə vasitəsilə "dəyişməyə" çalışmaq daha ağlabatandır. "Hansı hərəkətlərlə razılaşmadığınızı, onları törətməkdə ittiham etdiklərinizin adını çəkmədən açıqlaya bilərsiniz... Həqiqətən də Çini barmağımızı birbaşa göstərməliyik?"- deyə Xirosimada keçiriləcək "G7" sammitinin yekununda yayımlanacaq kommunikanın yaradılmasında iştirak edən və adı açıqlanmayan Avropa rəsmisi bildirib. Onun sözlərinə görə, ABŞ Tayvan məsələsində daha sərt ritorikaya nail olmağa çalışır. Nəşr hesab edir ki, çox şey Yaponiyanın Baş naziri Fumio Kisidadan asılı olacaq. Qeyd edək ki, 2023-cü ildə "yeddilik qrup"unda sədrlik Yaponiyaya keçib. "Yeddiliyin" sammiti mayın 19-21-də keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/18/434534836_0:0:2731:2048_1920x0_80_0_0_d3162917a53523e2e68473518650e3b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
g7, ai, çin
G7 ölkələri və Aİ rəsmi açıqlamalarda Çinin necə qeyd olunması ilə bağlı mübahisə edirlər
Avropa rəsmiləri birbaşa Çin əleyhinə bəyanatlar vermək fikrindən ehtiyatlanırlar - onlar qorxurlar ki, bu, Qərbin dünyanın qalan hissəsinə qarşı olduğu barədə təəssürat yarada bilər.
BAKI, 18 may — Sputnik. "Böyük Yeddilik" (G7) ölkələri və Aİ rəsmi bəyanatlarda Çinə qarşı hansı ritorikadan istifadə edilməsi barədə razılığa gələ bilmirlər.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Bundan əvvəl "Bloomberg" agentliyi G7 ölkələrinin Xirosima sammitində Çindən gələn iqtisadi təzyiqlərə qarşı birgə səylər barədə açıqlama vermək niyyətində olduqlarını bildirmişdi.
"Pərdə arxasında yeddi əsas inkişaf etmiş sənayeyə malik ölkə və Aİ, Çinin rəsmi bəyanatlarında nə dərəcədə yer alması barədə mübahisə edirlər", - deyə nəşr xəbər verib.
Qeyd olunub ki, Avropa rəsmiləri birbaşa Çin əleyhinə bəyanatlar vermək fikrindən ehtiyatlanırlar. Bundan əlavə, onlar qorxurlar ki, bu, Qərbin dünyanın qalan hissəsinə qarşı olduğu barədə təəssürat yarada bilər. Onların fikrincə, Pekinin davranışını onunla qarşılıqlı əlaqə vasitəsilə "dəyişməyə" çalışmaq daha ağlabatandır.
"Hansı hərəkətlərlə razılaşmadığınızı, onları törətməkdə ittiham etdiklərinizin adını çəkmədən açıqlaya bilərsiniz... Həqiqətən də Çini barmağımızı birbaşa göstərməliyik?"- deyə Xirosimada keçiriləcək "G7" sammitinin yekununda yayımlanacaq kommunikanın yaradılmasında iştirak edən və adı açıqlanmayan Avropa rəsmisi bildirib.
Onun sözlərinə görə, ABŞ Tayvan məsələsində daha sərt ritorikaya nail olmağa çalışır.
Nəşr hesab edir ki, çox şey Yaponiyanın Baş naziri Fumio Kisidadan asılı olacaq.
Qeyd edək ki, 2023-cü ildə "yeddilik qrup"unda sədrlik Yaponiyaya keçib. "Yeddiliyin" sammiti mayın 19-21-də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.