https://sputnik.az/20230518/ders-ilinin-muddeti-uzadilacaq-nazirin-yeni-teklifi-455013242.html
Dərs ilinin müddəti uzadılacaq? Nazirin yeni təklifi
Dərs ilinin müddəti uzadılacaq? Nazirin yeni təklifi
Sputnik Azərbaycan
Ekspert Nadir İsrafilov bildirib ki, illərdir dərs ilinin müddətinin uzadılmasının dərslərin keyfiyyətinə heç bir müsbət təsiri olmayıb. 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T19:50+0400
2023-05-18T19:50+0400
2023-05-18T19:50+0400
məktəb
təhsil
dərs
müddət
ekspert
nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066088_0:104:2000:1229_1920x0_80_0_0_a4d16fbb86b087cdbcc01205d5210e16.jpg
BAKI, 18 may — Sputnik. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayevin tədris müddətinin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləməsi geniş müzakirələrə səbəb olub. Nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib. "Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, mən 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam", - deyə nazir bildirib. Emin Əmrullayevin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla uşaqların gələcəyi üçün daha yaxşı addımdır. "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir", - deyə nazir bildirib.Bəs tədris ilinin başlanılma müddətinin dəyişdirilməsi nə qədər məqsədəuyğundur? Dəyişiklik tədris ilinin başa çatma müddətinə də şamil oluna bilərmi? Təhsil müddətini dəyişmək yox, keyfiyyəti dəyişmək lazımdır Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərs ilinin sentyabrın 1-dən başlanılıb mayın 31-də başa çatması bir ənənə olub. Ekspert deyir ki, dərs ilinin müddətinin dəyişdirilməsi, bu dəyişiklik edilən vaxtda da xeyli müzakirələrə səbəb olub. "Hətta bununla bağlı petisiya imzalanıb. Nazirin bunu yenidən gündəmə gətirməsi isə ona əsas verir ki, bu məsələ yaddan çıxmayıb", - deyə N.İsrafilov bildirib. Ekpert deyir ki, tədris ilinin başlanma və başa çatma müddətini sovet ənənəsindən uzaqlaşmaq üçün dəyişmək düzgün deyildi. Onun sözlərinə görə, nazirin bu məsələni dilə gətirilməsi müsbət haldır. Amma onun fikri cəmiyyət tərəfindən də düzgün anlaşılmayıb:N.İsrafilov deyir ki, amma bu müddətin dəyişməsinin tədrisin keyfiyyətinə heç bir təsiri yoxdur."Təcrübə göstərdi ki, tədris müddətinin müddətinin dəyişdirilməsi Dövlət İmtahan Mərkəzinin də imtahan müddətini dəyişməsinə səbəb oldu. Yəni əlavə problemlər yaratdı. Mənim fikrimcə, tədris ilinin dəyişdirilməsi təhlil edilməlidir ki, biz bu dəyişiklikdən nə qazandıq? Nazirliyin Təhsil İnstitutu bunu araşdırmalıdır. Mənim şəxsi qənaətimə görə, biz heç nə qazanmadıq. Bu məsələ ictimai müzakirəyə çıxardılarsa, dərslərin sentyabrın 1-dən başlanılmasını daha çox insan dəstəkləyəcək. Ona görə nazirlik təklifləri ümumiləşdirib öz mövqeyini də əlavə edib hökumətə təqdim edə bilər". Ekspert bidlirir ki, dərs ilini çox uzatmağa ehtiyac yoxdur. Amma nazirin mövqeyi tədris müddətini uzatmaqdır:N.İsrafilov həmçinin qeyd edir ki, may ayı başlayandan məktəblərdə uşaqların davamiyyəti aşağı düşür. Dövlət İmtahan Mərkəzi imtahanları keçirir, bundan sonra şagirdlərin dərsə getməyə bir marağı qalmır. Tədris ili dəyişməlidir, amma... Digər təhsil eksperti Kamran Əsədov isə bildirir ki, 1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, bunu hava temperaturu ilə əlaqələndirmək boş və absurd fikirdir. Tədris ilinin müddəti dünya ölkələri ilə müqayisədə azdır Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədris ilinin uzadılması ilə bağlı nazirin fikirləri birmənalı qarşılanmır.Onun sözlərinə görə, nazirin bu yöndə fikrini dilə gətirməsi müsbət haldır. Həmsöhbətimiz deyir ki, Azərbaycanda tədris ilinin müddəti çox azdır:"Dərslərin sentyabrın 1-dən başlanılması tədris ilinin 15 gün uzadılmasına gətirib çıxardacaq. Çünki, ölkəmizdə əlamətdar günlər, bayramlar da tədris günlərinin müddətini azaldır. Ona görə də, dərslərin sentyabrın 1-dən olması təhsilimizin lehinə olan addımdır. Hətta həftədə altı günlük təhsil sisteminə keçid də zəruridir". Cəmiyyət sədri bildirib ki, təhsiltutumlu ölkələrdə də dərslər sentyabrın 1-dən başlanılır. Onun sözlərinə görə, Almaniyada yay tətilinin müddəti daha qısadır. Dünyada dərslərin başlanma və bitmə tarixləri Məlumat üçün bildirək ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il, 66 nömrəli qərarına əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Qeyd edək ki, hazırda dünya ölkələrində tədris ilinin başlanma və başa çatma müddəti fərqlidir. Məsələn, qonşu Rusiyada dərslər sentyabrın 1-də başalyıb mayın 31-də başa çatır. Türkiyədə isə dərslər sentyabrın 12-də başlayıb iyunun 16-da bitir.Almaniyada dərslərin başlanma tarixi dəyişir. Bu ölkədə dərslər avqust ayında başlayıb iyun ayında başa çatır. Yaxud sentyabr ayında başlayıb iyul ayında yekunlaşır. Amerika Birləşmiş Ştatlarında dərslər sentyabrın ilk çərşənbəsində başlayıb iyunun sonu başa çatır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066088_112:0:1889:1333_1920x0_80_0_0_dd7c94da577a131d44000cae27c6ef7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, dərs, müddət, ekspert, nazir
məktəb, dərs, müddət, ekspert, nazir
Dərs ilinin müddəti uzadılacaq? Nazirin yeni təklifi
Ekspert Nadir İsrafilov bildirib ki, illərdir dərs ilinin müddətinin uzadılmasının dərslərin keyfiyyətinə heç bir müsbət təsiri olmayıb.
BAKI, 18 may — Sputnik. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayevin tədris müddətinin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləməsi geniş müzakirələrə səbəb olub. Nazir ümumilikdə tədris müddətinin azalmasının tərəfdarı olmadığını bildirib.
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, mən 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam", - deyə nazir bildirib.
Emin Əmrullayevin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla uşaqların gələcəyi üçün daha yaxşı addımdır.
"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir", - deyə nazir bildirib.
Bəs tədris ilinin başlanılma müddətinin dəyişdirilməsi nə qədər məqsədəuyğundur? Dəyişiklik tədris ilinin başa çatma müddətinə də şamil oluna bilərmi?
Təhsil müddətini dəyişmək yox, keyfiyyəti dəyişmək lazımdır
Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərs ilinin sentyabrın 1-dən başlanılıb mayın 31-də başa çatması bir ənənə olub. Ekspert deyir ki, dərs ilinin müddətinin dəyişdirilməsi, bu dəyişiklik edilən vaxtda da xeyli müzakirələrə səbəb olub.
"Hətta bununla bağlı petisiya imzalanıb. Nazirin bunu yenidən gündəmə gətirməsi isə ona əsas verir ki, bu məsələ yaddan çıxmayıb", - deyə N.İsrafilov bildirib.
Ekpert deyir ki, tədris ilinin başlanma və başa çatma müddətini sovet ənənəsindən uzaqlaşmaq üçün dəyişmək düzgün deyildi.
Onun sözlərinə görə, nazirin bu məsələni dilə gətirilməsi müsbət haldır. Amma onun fikri cəmiyyət tərəfindən də düzgün anlaşılmayıb:
"Nazir çıxışında əslində tədris müddətinin qısaldılmasını yox, daha da uzadılmasını nəzərdə tuturdu. Azərbaycanda tədris müddəti həftədə 34-35 saatdır. Dünya ölkələrində isə bu rəqəm 40 saata yaxındır. Nazirin dediyindən belə anlaşılır ki, biz dünya standartlarına çatmaq üçün tədris ilini uzatmalıyıq. Yəni, dərsləri sentyabrın 1-də başlayıb iyun ayının 14-də başa çatdırmalıyıq".
N.İsrafilov deyir ki, amma bu müddətin dəyişməsinin tədrisin keyfiyyətinə heç bir təsiri yoxdur.
"Təcrübə göstərdi ki, tədris müddətinin müddətinin dəyişdirilməsi Dövlət İmtahan Mərkəzinin də imtahan müddətini dəyişməsinə səbəb oldu. Yəni əlavə problemlər yaratdı. Mənim fikrimcə, tədris ilinin dəyişdirilməsi təhlil edilməlidir ki, biz bu dəyişiklikdən nə qazandıq? Nazirliyin Təhsil İnstitutu bunu araşdırmalıdır. Mənim şəxsi qənaətimə görə, biz heç nə qazanmadıq. Bu məsələ ictimai müzakirəyə çıxardılarsa, dərslərin sentyabrın 1-dən başlanılmasını daha çox insan dəstəkləyəcək. Ona görə nazirlik təklifləri ümumiləşdirib öz mövqeyini də əlavə edib hökumətə təqdim edə bilər".
Ekspert bidlirir ki, dərs ilini çox uzatmağa ehtiyac yoxdur. Amma nazirin mövqeyi tədris müddətini uzatmaqdır:
"Təhsilin keyfiyyətini onun müddəti ilə əlaqələndirmək düzgün yanaşma deyil. Azərbaycanda elə hazırlıq kursları var ki, məktəbin bir ilə öyrətdiyi proqramı bir neçə aya mənimsədə bilirlər. Tədrisin keyfiyyətini sırf onun müddəti ilə əlaqələndirmək hələ ki, nəticə verməyib".
N.İsrafilov həmçinin qeyd edir ki, may ayı başlayandan məktəblərdə uşaqların davamiyyəti aşağı düşür. Dövlət İmtahan Mərkəzi imtahanları keçirir, bundan sonra şagirdlərin dərsə getməyə bir marağı qalmır.
"Mənim fikrimcə, dərslər sentyabrın 1-də başlayıb mayın sonunda başa çatsa daha yaxşıdır", - deyə ekspert bildirib.
Tədris ili dəyişməlidir, amma...
Digər təhsil eksperti Kamran Əsədov isə bildirir ki, 1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, bunu hava temperaturu ilə əlaqələndirmək boş və absurd fikirdir.
"Birincisi, ona görə ki, 1-15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün qalxır və tədris üçün əlverişsiz olur. Bundan başqa, 1-15 sentyabr tədrisin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjilidirlər, həvəslidirlər. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür. Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr 30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar", - deyə ekspert bildirib.
Tədris ilinin müddəti dünya ölkələri ilə müqayisədə azdır
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədris ilinin uzadılması ilə bağlı nazirin fikirləri birmənalı qarşılanmır.
Onun sözlərinə görə, nazirin bu yöndə fikrini dilə gətirməsi müsbət haldır. Həmsöhbətimiz deyir ki, Azərbaycanda tədris ilinin müddəti çox azdır:
"Dərslərin sentyabrın 1-dən başlanılması tədris ilinin 15 gün uzadılmasına gətirib çıxardacaq. Çünki, ölkəmizdə əlamətdar günlər, bayramlar da tədris günlərinin müddətini azaldır. Ona görə də, dərslərin sentyabrın 1-dən olması təhsilimizin lehinə olan addımdır. Hətta həftədə altı günlük təhsil sisteminə keçid də zəruridir".
Cəmiyyət sədri bildirib ki, təhsiltutumlu ölkələrdə də dərslər sentyabrın 1-dən başlanılır. Onun sözlərinə görə, Almaniyada yay tətilinin müddəti daha qısadır.
"Azərbaycanda iqlim şəraiti buna imkan verməsə də, dərslərin sentyabrın 1-dən başlaması şagirdlər üçün hər hansı narahatlıq yaratmayacaq. Biz təhsilli cəmiyyətdən danışırıqsa, təhsilin standartlara uyğunlaşmasına çalışmalıyıq. Ona görə də mən nazirin bu təklifini dəstəkləyirəm", - deyə İlqar Orucov bildirib.
Dünyada dərslərin başlanma və bitmə tarixləri
Məlumat üçün bildirək ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il, 66 nömrəli qərarına əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.
Qeyd edək ki, hazırda dünya ölkələrində tədris ilinin başlanma və başa çatma müddəti fərqlidir. Məsələn, qonşu Rusiyada dərslər sentyabrın 1-də başalyıb mayın 31-də başa çatır. Türkiyədə isə dərslər sentyabrın 12-də başlayıb iyunun 16-da bitir.
Almaniyada dərslərin başlanma tarixi dəyişir. Bu ölkədə dərslər avqust ayında başlayıb iyun ayında başa çatır. Yaxud sentyabr ayında başlayıb iyul ayında yekunlaşır. Amerika Birləşmiş Ştatlarında dərslər sentyabrın ilk çərşənbəsində başlayıb iyunun sonu başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.