DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus TŞ: Ukrayna ilə sərhəddən silah və partlayıcı keçirməyə cəhdlər var

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidBelarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi bildirib ki, mayın əvvəlində sabitliyi pozmaq üçün Belarus ərazisində terror aktları törətmək cəhdinin qarşısı alınıb, şübhəlilər saxlanılıb.
BAKI, 18 may — Sputnik. Ukrayna ilə sərhəddən ölkəyə silah, partlayıcı maddələrin gətirilməsinə, təxribat törətməyə cəhdlər edildiyini bildirib. Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

"Son zamanlar dövlət sərhədini (keçməyə və təxribat törətməyə cəhdlər edilib. Belarusda terror aktlarına, terror təşkilatlarının fəaliyyətinə, qanunsuz silahlı birləşmələrə cavab vermək üçün dövlət sistemi yaradılıb və bu sistemin sınaqdan keçirilməsi müsbət nəticələr verir", - deyə o bildirib.

O xatırladıb ki, mayın əvvəlində sabitliyi pozmaq üçün Belarus ərazisində terror aktları törətmək cəhdinin qarşısı alınıb, şübhəlilər saxlanılıb.
"Müəyyən edilib ki, bunun arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır. Biz bilirik ki, bu yaxınlarda Rusiya Federasiyası ərazisində Federal Təhlükəsizlik Xİdməti və Dövlət Təhlükəsizlik Komitəsinin birgə fəaliyyəti sayəsində diversiya və kəşfiyyat qrupları saxlanılıb. Bütün bunlar təhlükəsizliyin pozulmasına, ziyan vurmağa yönəlib", - Belarus Təhlükəsizlik Şurasının dövlət katibi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0