Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərkosmos" kənd təsərrüfatı ərazilərinin monitorinqini aparacaq

© Sputnik / Zulfiyya Guluyeva Azərkosmos
 Azərkosmos - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən "Azersky" peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.
BAKI, 18 may — Sputnik. "Azərkosmos" və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan "Agro Dairy" peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.
Qurumun yaydığı məlumata görə müqavilə "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.
Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.
Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən "Azersky" peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.
Peyk təsvirləri əsasında şumlanan ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inkişaf dinamikasının və bitkilərin vegetasiya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ məlumatın təmin olunması məqsədilə sözügedən peyk xidmətləri rəqəmsal platforma üzərindən təqdim olunacaq.
"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə əkin ərazilərinin effektiv planlaşdırılmasında peyk təsvirləri əvəzsiz rol oynayır. "Agro Dairy" şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik.

"Agro Dairy ölkəmizdə kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olaraq müasir texnologiyaların istifadəsini daim diqqətdə saxlayır. Əminəm ki, "Azərkosmos"un peyk xidmətləri ilə ölkəmizin "ağıllı kənd" təsərrüfatının inkişafında innovativ həllər yaratmış olacağıq", – deyə şirkətin icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0