https://sputnik.az/20230518/azerbaycanda-icmeli-su-ile-bagli-yeni-dovlet-standarti-quvveye-minib-455013640.html
Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə minib
Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə minib
Sputnik Azərbaycan
Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri... 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T21:31+0400
2023-05-18T21:31+0400
2023-05-18T21:31+0400
cəmiyyət
içməli su
standart
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_38:0:1000:541_1920x0_80_0_0_880844ba6e12ce1c9cc1937f7de20f7b.jpg
BAKI, 18 may — Sputnik. Azərbaycanda "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" AZS 929:2023 dövlət standartı qüvvəyə minib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata görə, yeni standart BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi" üzrə Konvensiyasının "Su və Sağlamlıq Protokolu"na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilən Məqsədli Göstəricilərin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin əmri ilə yaradılan işçi qrup tərəfindən hazırlanıb. Aidiyyatı dövlət qurumlarının, elmi müəssisələrin, vətəndaş cəmiyyəti institutunun müsbət rəyini alan yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə təsdiq edilib. AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" standartına mərkəzləşdirilən və mərkəzləşdirilməyən su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəriciləri və onların yol verilən qatılıq hədlərinin siyahısı daxildir. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulan suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub. Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrəniləcək. Qeyd edək ki, indiyə qədər ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunan ГОСТ 2874-82 standartları əsasında aparılırdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_178:0:899:541_1920x0_80_0_0_63bced7d459ed7d1c9c56bf1df471959.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
içməli su, standart
Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə minib
Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrəniləcək.
BAKI, 18 may — Sputnik. Azərbaycanda "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" AZS 929:2023 dövlət standartı qüvvəyə minib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata görə, yeni standart BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi" üzrə Konvensiyasının "Su və Sağlamlıq Protokolu"na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilən Məqsədli Göstəricilərin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin əmri ilə yaradılan işçi qrup tərəfindən hazırlanıb. Aidiyyatı dövlət qurumlarının, elmi müəssisələrin, vətəndaş cəmiyyəti institutunun müsbət rəyini alan yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə təsdiq edilib.
AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" standartına mərkəzləşdirilən və mərkəzləşdirilməyən su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəriciləri və onların yol verilən qatılıq hədlərinin siyahısı daxildir. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulan suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub.
Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrəniləcək. Qeyd edək ki, indiyə qədər ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunan ГОСТ 2874-82 standartları əsasında aparılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.