https://sputnik.az/20230518/abs-da-ehtiyatlarin-artmasi-nefti-ucuzlasdirir-454977312.html
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
Sputnik Azərbaycan
Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 5 milyon barel artaraq 467 milyon 624 min barel təşkil edib. 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T11:03+0400
2023-05-18T11:03+0400
2023-05-18T11:03+0400
neft
neft-qaz
qiymət
birja
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_0:157:2492:1559_1920x0_80_0_0_b939add08c8ac6c47509f64e37c45b42.jpg
BAKI, 18 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "Brent" markalı neftin qiyməti 0,39% azalaraq 1 barelə görə 76,66 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,41% azalaraq 72,53 dollara bərabər olub."Azeri Light" markalı Azərbaycan nefti isə 1,35 dollar və ya 1,73% artaraq 79,22 dollar təşkil edib. Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması qiymətləri ucuzlaşdırıb.Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 5 milyon barel artaraq 467 milyon 624 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin neft ehtiyatlarının 920 min barel azalacağını proqnozlaşdırırdı.Digər tərəfdən, dünyada iqtisadi tənəzzül narahatlıqları neftin ucuzlaşmasına səbəb olur. ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb. Bununla belə, ABŞ-dan gələn digər məlumatlar pərakəndə satışların aprel ayı üçün gözləntiləri doğrultmaması və sənaye istehsalının təzyiq altında qalmağa davam etməsi səbəbindən iqtisadi perspektivlərin pisləşməsinə işarə edib.Bu, ABŞ-ın borc tavanının artırılması ilə bağlı bazarda artan qeyri-müəyyənlik ilə birləşərək neft qiymətlərinə təzyiq göstərib. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_102:0:2390:1716_1920x0_80_0_0_14025ba3c038a3662be21c57909813e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja, azeri light markalı neft
neft, qiymət, birja, azeri light markalı neft
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 5 milyon barel artaraq 467 milyon 624 min barel təşkil edib.
BAKI, 18 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "Brent" markalı neftin qiyməti 0,39% azalaraq 1 barelə görə 76,66 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,41% azalaraq 72,53 dollara bərabər olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 1,35 dollar və ya 1,73% artaraq 79,22 dollar təşkil edib. Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması qiymətləri ucuzlaşdırıb.
Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 5 milyon barel artaraq 467 milyon 624 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin neft ehtiyatlarının 920 min barel azalacağını proqnozlaşdırırdı.
Digər tərəfdən, dünyada iqtisadi tənəzzül narahatlıqları neftin ucuzlaşmasına səbəb olur. ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb. Bununla belə, ABŞ-dan gələn digər məlumatlar pərakəndə satışların aprel ayı üçün gözləntiləri doğrultmaması və sənaye istehsalının təzyiq altında qalmağa davam etməsi səbəbindən iqtisadi perspektivlərin pisləşməsinə işarə edib.
Bu, ABŞ-ın borc tavanının artırılması ilə bağlı bazarda artan qeyri-müəyyənlik ilə birləşərək neft qiymətlərinə təzyiq göstərib. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.