https://sputnik.az/20230518/455004322.html
Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır
Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır
Sputnik Azərbaycan
2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T16:33+0400
2023-05-18T16:33+0400
2023-05-18T16:33+0400
təhsil
diplom
ukrayna
https://cdnn1.img.sputnik.az/img/41851/43/418514350_0:98:1920:1178_1920x0_80_0_0_330fee4a0f66dfcc6b3cf3d1ee34d543.jpg
BAKI, 18 may — Sputnik. Bəzi peşə sahiblərinə verdiyimiz sənəd artıq standarta çevrilib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilən dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.O bildirib ki, bunu təkcə fərdi müraciət əsasında yox, korporativ müraciətlər əsasında da həyata keçirirlər:Ülkər Səttarova əlavə edib ki, müxtəlif peşə sahələri üzrə sənəd verilmiş şəxslər TKTA-nın kadr bankına əlavə ediləcək. Bu, onlara daha tez iş tapmaqda kömək olacaq. Peşə məktəblərinin akkreditasiya meyarları hazırlanır O qeyd edib ki, hazırda peşə təhsili səviyyəsində akkreditasiya meyarlarının hazırlanması istiqamətində iş aparılır:"Artıq demək olar ki, TKTA tərəfindən meyarlar hazırlanıb. Hazırda peşə təhsili müəssisələrində çalışan həmkarlarla bu meyarlar müzakirələr edilir, müəyyən dürüstləşmələr aparılır. Bu prosesə həmçinin Avropa Komitəsi tərəfindən maliyyələşən layihədə olan xarici ekspertlər də bu prosesə qatılıb. Bu standartlar da ali təhsil müəssisələrinin akkreditasiya meyarları kimi ESG standartlarına uyğun olacaq".İlin sonuna kimi 15 ali məktəb akkreditasiyadan keçəcək Bundan başqa, 2023-cü ildə akkreditasiya prosesindən keçəcək ali təhsil müəssisələrinin sayı açıqlanıb. Ülkər Səttarovanın sözlərinə görə, ilin sonuna kimi 15 ali təhsil müəssisəsinin akkreditasiya prosesindən keçəcəyi gözlənilir:Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır Agentlik rəsmisi qeyd edib ki, Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır:"Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik. Bir daha vətəndaşlara müraciət edirəm ki, təhsil müddətində həmin ölkədə olsunlar. Universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etsinlər. Hazırda bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir".(APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41851/43/418514350_110:0:1810:1275_1920x0_80_0_0_f916fdd37ff884e46c177754169f111d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom, ukrayna
Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır
2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq
BAKI, 18 may — Sputnik. Bəzi peşə sahiblərinə verdiyimiz sənəd artıq standarta çevrilib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilən dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bunu təkcə fərdi müraciət əsasında yox, korporativ müraciətlər əsasında da həyata keçirirlər:
"Verdiyimiz sənəd peşə təhsili səviyyəsində diplomdur. Həmin şəxs artıq bazarda təhsilli şəxs kimi tanınır. Şirkətlər maraqlıdırlar ki, onlarda çalışan insanların sənədi olsun. Bu, həm də peşəkarlıq göstəricisidir. Bəzən heç müraciət edən şəxs tələblərə cavab vermədiyi üçün sənəd ala bilmir. Amma əksər hallarda alırlar".
Ülkər Səttarova əlavə edib ki, müxtəlif peşə sahələri üzrə sənəd verilmiş şəxslər TKTA-nın kadr bankına əlavə ediləcək. Bu, onlara daha tez iş tapmaqda kömək olacaq. Peşə məktəblərinin akkreditasiya meyarları hazırlanır O qeyd edib ki, hazırda peşə təhsili səviyyəsində akkreditasiya meyarlarının hazırlanması istiqamətində iş aparılır:
"Artıq demək olar ki, TKTA tərəfindən meyarlar hazırlanıb. Hazırda peşə təhsili müəssisələrində çalışan həmkarlarla bu meyarlar müzakirələr edilir, müəyyən dürüstləşmələr aparılır. Bu prosesə həmçinin Avropa Komitəsi tərəfindən maliyyələşən layihədə olan xarici ekspertlər də bu prosesə qatılıb. Bu standartlar da ali təhsil müəssisələrinin akkreditasiya meyarları kimi ESG standartlarına uyğun olacaq".
İlin sonuna kimi 15 ali məktəb akkreditasiyadan keçəcək Bundan başqa, 2023-cü ildə akkreditasiya prosesindən keçəcək ali təhsil müəssisələrinin sayı açıqlanıb. Ülkər Səttarovanın sözlərinə görə, ilin sonuna kimi 15 ali təhsil müəssisəsinin akkreditasiya prosesindən keçəcəyi gözlənilir:
“İlk dəfə olaraq milli akkreditasiya prosesində tələbələri, beynəlxalq ekspertləri və əmək bazarının nümayəndələrini akkreditasiya panellərinə cəlb edirik. Keyfiyyətin kənar qiymətləndirilməsi ilə yanaşı, biz hərtərəfli təlim və metodiki dəstək vasitəsilə Azərbaycanın ali təhsil müəssisələrində beynəlxalq təcrübəni də yayırıq. 2023-cü ildə TKTA 14 ali məktəbə təlim və metodiki dəstək göstərib. İlin sonuna kimi daha 3 ali təhsil müəssisəsi təlim və metodiki dəstəkdən faydalanacaq”.
Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır Agentlik rəsmisi qeyd edib ki, Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır:
"Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik. Bir daha vətəndaşlara müraciət edirəm ki, təhsil müddətində həmin ölkədə olsunlar. Universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etsinlər. Hazırda bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.