https://sputnik.az/20230517/zaxarova-azerbaycan-ve-ermenistan-xn-rehberleri-moskvada-gorusecek-454966671.html
Zaxarova: Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
Zaxarova: Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
Sputnik Azərbaycan
Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların mayın 19-da keçiriləcək. 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T17:42+0400
2023-05-17T17:42+0400
2023-05-17T17:43+0400
mariya zaxarova
siyasət
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 17 may — Sputnik. Mayın 19-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar, həmin gün onlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcəklər. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Ayrılıqda sülh müqaviləsi üzrə ikitərəfli Ermənistan-Azərbaycan danışıqları aparılacaq. Xarici işlər orqanlarının rəhbərləri regiondakı dinamik vəziyyəti nəzərə alaraq Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçirəcəklər", - Zaxarova əlavə edib. O qeyd edib ki, Lavrovun azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşləri zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki ən aktual məsələlər üzrə fikir mübadiləsi də planlaşdırılır. "Biz gözləyirik ki, qarşıdan gələn təmaslar Bakı və İrəvana mübahisələrin həllində, qarşılıqlı məqbul həll yollarının axtarışında və ümumilikdə tərəflər arasında etimadın artırılmasında, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində yardımçı olacaq", - deyə Zaxarova fikirlərini yekunlaşdırıb. Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib. Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, görüş
mariya zaxarova, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, görüş
Zaxarova: Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
17:42 17.05.2023 (Yenilənib: 17:43 17.05.2023) Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların mayın 19-da keçiriləcək.
BAKI, 17 may — Sputnik. Mayın 19-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar, həmin gün onlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcəklər. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ayrılıqda sülh müqaviləsi üzrə ikitərəfli Ermənistan-Azərbaycan danışıqları aparılacaq. Xarici işlər orqanlarının rəhbərləri regiondakı dinamik vəziyyəti nəzərə alaraq Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçirəcəklər", - Zaxarova əlavə edib.
O qeyd edib ki, Lavrovun azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşləri zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki ən aktual məsələlər üzrə fikir mübadiləsi də planlaşdırılır.
"Biz gözləyirik ki, qarşıdan gələn təmaslar Bakı və İrəvana mübahisələrin həllində, qarşılıqlı məqbul həll yollarının axtarışında və ümumilikdə tərəflər arasında etimadın artırılmasında, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində yardımçı olacaq", - deyə Zaxarova fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.