https://sputnik.az/20230517/yerin-stratosferinde-izaholunmaz-infrases-siqnallari-qeyde-alinib-454871000.html
Yerin stratosferində izaholunmaz infrasəs siqnalları qeydə alınıb
Yerin stratosferində izaholunmaz infrasəs siqnalları qeydə alınıb
Sputnik Azərbaycan
Stratosfer Yerdən 14,5-31 km yüksəklikdə yerləşir. O, ultrabənövşəyi şüaların qarşısını alan ozonla doludur və aşağı turbulentliyi ilə seçilir. 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T09:00+0400
2023-05-17T09:00+0400
2023-05-17T09:00+0400
səma
elm
yer
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0a/437138998_0:320:3073:2048_1920x0_80_0_0_412c54d8f01eb012962735905811a644.jpg
BAKI, 17 may — Sputnik. Yerin stratosferinə buraxılan günəş enerjisi ilə işləyən şarlar bir sıra sirli səslər seriyasını qeydə alıblar. Alimlər onların təbiətini izah edə bilməyiblər. Səslər Yer səthindən 21 km yüksəklikdə qeydə alınıb. Onlar infrasəs diapazonunda olublar. Alimlər qeyd ediblər ki, siqnallar bir saat ərzində bir neçə dəfə baş verir. Stratosfer Yerdən 14,5-31 km yüksəklikdə yerləşir. O, ultrabənövşəyi şüaların qarşısını alan ozonla doludur və aşağı turbulentliyi ilə seçilir. Stratosferin səs landşaftını öyrənmək üçün Nyu-Meksikodakı Sandia Milli Laboratoriyasının alimləri bir neçə yeddi metr diametrli plastik toplar düzəldiblər və onlara infrasəs sensorları əlavə ediblər. Toplar 20 km-ə qədər yüksəkliyə qalxa bilərdi. Stratosferdəki səslərin əksəriyyəti yer səslərinin əksidir: vulkan püskürmələri, tufanlar, okean dalğaları, hətta nəqliyyat. Lakin məlumat dəstlərində elm adamları mənbəyini izləmək mümkün olmayan aşağı, təkrarlanan gurultu müəyyən ediblər. Tədqiqatın müəllifləri bu fenomeni izah etmək üçün bir neçə nəzəriyyə irəli sürdülər. Beləliklə, bu, əvvəllər bilinməyən atmosfer turbulentliyi və ya tanınmaz dərəcədə təhrif olunmuş əks-səda ola bilər. Amma bunu hələ sübut etmə lazımdır. "Acoustical Society of America"nın məlumatına görə, alimlər stratosferdəki səslərin fəsildən və coğrafi mövqedən asılı olaraq dəyişkənliyini təhlil etməyə davam edəcəklərini qeyd ediblər. Qeyd edək ki, əvvəllər alimlər Yerin ozon qatının nə zaman tam bərpa olunacağı vaxtı söyləyiblər. Bu, qütblər istisna olmaqla, 2040-cı ilə qədər bütün planetdə baş verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0a/437138998_152:0:2883:2048_1920x0_80_0_0_7787dab1c1cc7234f68a41c930ae16cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
səma, yer
Yerin stratosferində izaholunmaz infrasəs siqnalları qeydə alınıb
Stratosfer Yerdən 14,5-31 km yüksəklikdə yerləşir. O, ultrabənövşəyi şüaların qarşısını alan ozonla doludur və aşağı turbulentliyi ilə seçilir.
BAKI, 17 may — Sputnik. Yerin stratosferinə buraxılan günəş enerjisi ilə işləyən şarlar bir sıra sirli səslər seriyasını qeydə alıblar. Alimlər onların təbiətini izah edə bilməyiblər.
Səslər Yer səthindən 21 km yüksəklikdə qeydə alınıb. Onlar infrasəs diapazonunda olublar. Alimlər qeyd ediblər ki, siqnallar bir saat ərzində bir neçə dəfə baş verir.
Stratosfer Yerdən 14,5-31 km yüksəklikdə yerləşir. O, ultrabənövşəyi şüaların qarşısını alan ozonla doludur və aşağı turbulentliyi ilə seçilir.
Stratosferin səs landşaftını öyrənmək üçün Nyu-Meksikodakı Sandia Milli Laboratoriyasının alimləri bir neçə yeddi metr diametrli plastik toplar düzəldiblər və onlara infrasəs sensorları əlavə ediblər. Toplar 20 km-ə qədər yüksəkliyə qalxa bilərdi.
Stratosferdəki səslərin əksəriyyəti yer səslərinin əksidir: vulkan püskürmələri, tufanlar, okean dalğaları, hətta nəqliyyat. Lakin məlumat dəstlərində elm adamları mənbəyini izləmək mümkün olmayan aşağı, təkrarlanan gurultu müəyyən ediblər.
Tədqiqatın müəllifləri bu fenomeni izah etmək üçün bir neçə nəzəriyyə irəli sürdülər. Beləliklə, bu, əvvəllər bilinməyən atmosfer turbulentliyi və ya tanınmaz dərəcədə təhrif olunmuş əks-səda ola bilər. Amma bunu hələ sübut etmə lazımdır.
"Acoustical Society of America"nın məlumatına görə, alimlər stratosferdəki səslərin fəsildən və coğrafi mövqedən asılı olaraq dəyişkənliyini təhlil etməyə davam edəcəklərini qeyd ediblər.
Qeyd edək ki, əvvəllər alimlər Yerin ozon qatının nə zaman tam bərpa olunacağı vaxtı söyləyiblər. Bu, qütblər istisna olmaqla, 2040-cı ilə qədər bütün planetdə baş verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.