https://sputnik.az/20230517/sabranda-20-nefer-quduzluq-xesteliyi-subhesi-ile-nezarete-goturulub---ne-bas-verir-454945517.html
Şabranda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb - Nə baş verir?
Şabranda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb - Nə baş verir?
Sputnik Azərbaycan
Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu... 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T11:55+0400
2023-05-17T11:55+0400
2023-05-17T11:56+0400
quduzluq xəstəliyi
hadisə
şabran
çaqqal
fermer
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:3073:1728_1920x0_80_0_0_82dc1ec0787d07b53fe8b2139ed66837.jpg
BAKI, 17 may — Sputnik. Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb. Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib. Təsərrüfat sahibi həmin heyvanların ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib. Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Onlardan müvafiq analizlər götürülüb. (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:2731:2048_1920x0_80_0_0_36c8377665a0cc67d196f54af78a9eaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quduzluq xəstəliyi, şabran, çaqqal, fermer
quduzluq xəstəliyi, şabran, çaqqal, fermer
Şabranda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb - Nə baş verir?
11:55 17.05.2023 (Yenilənib: 11:56 17.05.2023) Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
BAKI, 17 may — Sputnik. Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.
Rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
Təsərrüfat sahibi həmin heyvanların ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.
Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Onlardan müvafiq analizlər götürülüb. (APA).