https://sputnik.az/20230517/qazaxistanli-spiker-azerbaycan-inkisaf-eden-stabil-olkedir-454946117.html
Qazaxıstanlı spiker: Azərbaycan inkişaf edən stabil ölkədir
Qazaxıstanlı spiker: Azərbaycan inkişaf edən stabil ölkədir
Sputnik Azərbaycan
Görüşdə qeyd olunub ki, bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir... 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T12:53+0400
2023-05-17T12:53+0400
2023-05-17T12:59+0400
söhbət
siyasət
qazaxıstan
spiker
parlamentin spikeri
https://cdnn1.img.sputnik.az/img/07e7/05/11/454945949_0:19:1001:582_1920x0_80_0_0_dbc4aadff9023eccae0c7e099d06dcd4.jpg
BAKI, 17 may — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, spiker Qazaxıstan nümayəndə heyətinə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyində iştirakına və bu məqsədlə Milli Məclisin xüsusi iclasında çıxışına görə nümayəndə heyətinin başçısı Yerlan Koşanova təşəkkür edib. Görüşdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputalarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir. Söhbətdə Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir. Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/11/454945949_0:0:889:666_1920x0_80_0_0_8d4e06a6f4925e03549f3a16fcf54f66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
söhbət, qazaxıstan, spiker, parlamentin spikeri
söhbət, qazaxıstan, spiker, parlamentin spikeri
Qazaxıstanlı spiker: Azərbaycan inkişaf edən stabil ölkədir
12:53 17.05.2023 (Yenilənib: 12:59 17.05.2023) Görüşdə qeyd olunub ki, bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir.
BAKI, 17 may — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, spiker Qazaxıstan nümayəndə heyətinə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyində iştirakına və bu məqsədlə Milli Məclisin xüsusi iclasında çıxışına görə nümayəndə heyətinin başçısı Yerlan Koşanova təşəkkür edib.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputalarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir.
Söhbətdə Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.
Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.