CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pullu olacaq avtomobil yolunun tikintisi yekunlaşır - Rəsmi

© Photo : Azerbaijan Highway State AgencyƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, yolda paralel olaraq ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir.
BAKI, 17 may — Sputnik. Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, hazırda yolda son tamamlanma işləri gedir: "Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolu 5 hissə üzrə inşa olunur. İlk hissə-0-dan 30-cu kilometrə qədər olan hissə 2020-ci ildə tikilib yekunlaşdırılıb. İkinci hissə-30-55-ci kilometrlik hissəsində tikinti işləri yekunlaşır, son tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin hissədə tikinti tam yekunlaşdırılacaq. 3-cü və 4-cü hissə üzrə torpaq və asfaltlanma işləri davam etdirilir. Həmin hissədə tikinti işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır. 5-ci hissə üzrə - Qəndob - Rusiya sərhəddinə qədər olan hissədə isə tikinti artıq yekunlaşır. Hazırda həmin hissədə də son tamamlanma işləri görülür. Həmçinin yolda paralel olaraq ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir".
A. Nəcəfli bildirib ki, adıçəkilən yolda tikinti işləri ilin sonunda tam yekunlaşacaq.
Xəbər lenti
0