DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun iqtisadi versiyasının yaradılmasın təklif edilib

© AFP 2024 / KENZO TRIBOUILLARDNATO
NATO - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
Soyuq Müharibə dövründə bizim çoxtərəfli İxraca Nəzarət Koordinasiya Komitəsi var idi ki, o, azad dünyanın SSRİ ilə kollektiv şəkildə necə davranmalı olduğuna diqqət yetirirdi.
BAKI, 17 may — Sputnik. Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass Çinə müqavimət göstərmək üçün NATO-nun iqtisadi versiyasını yaratmağı təklif ediri. O, bu barədə çərşənbə günü Tayvan hökuməti tərəfindən maliyyələşdirilən "Prospect Foundation" analitik mərkəzinin Taybeydə keçirilən tədbirində çıxışı zamanı bildirib.
"İqtisadi tərəfdən görmək istədiyim şey NATO-nun iqtisadi versiyasının inkişaf etdirilməsidir. ", - deyə Trass bildirib.
"Soyuq Müharibə dövründə bizim çoxtərəfli İxraca Nəzarət Koordinasiya Komitəsi var idi ki, o, azad dünyanın SSRİ ilə kollektiv şəkildə necə davranmalı olduğuna diqqət yetirirdi. Məncə, bizə belə bir şey lazımdır" - o deyib.
Onun sözlərinə görə, bu, müvafiq nazirlik təmsilçiliyi və texnologiya ixracı, ticarət və investisiya kimi məsələlərdə Çinə qarşı ortaq siyasətə malik bir təşkilat olacaq. O, həmçinin qeyd edib ki, indi bunun üçün birləşə biləcək bir neçə dövlət var. Trassın qeyd edib ki, onlar artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edən bir qrup ölkələrdir".
"Bu qrupa G7 ölkələri və Aİ daxildir, lakin Cənubi Koreya, Avstraliya və digər maraqlı ölkələr də daxil ola bilər" - deyə o, fikirlərini tamamlayıb.
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass çərşənbə axşamı axşam Tayvana gəlib. Bu, Britaniya Nazirlər Kabinetinin keçmiş rəhbərinin 1996-cı ildən bəri adaya ilk səfəridir. Trass adaya Britaniya parlamentinin İcmalar Palatasının üzvü statusunda gəlib.
Tayvanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, səfər zamanı Trass rəsmi şəxslər, o cümlədən biznes və akademik dairələrin nümayəndələri ilə görüşlər keçirəcək. Eyni zamanda, adanın xarici işlər nazirliyinin məlumatında ​​Trassın proqramında Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə görüşün nəzərdə tutulduğu göstərilmir. Trassın Tayvana səfəri mayın 20-dək davam edəcək.
Xəbər lenti
0