https://sputnik.az/20230517/dollarin-bahalasmasi-nefti-ucuzlasdirdi-454945370.html
Dolların bahalaşması nefti ucuzlaşdırdı
Dolların bahalaşması nefti ucuzlaşdırdı
Sputnik Azərbaycan
ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb. 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T12:35+0400
2023-05-17T12:35+0400
2023-05-17T12:36+0400
dollar
neft-qaz
neft
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_d50193bf07da72ad74cf3f388625a515.jpg
BAKI, 17 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,44 dollar azalaraq 74,47 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 70,43 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti 0,31 dollar azalaraq 77,87 dollar olub. Qeyd edək ki, dünyada iqtisadi tənəzzül narahatlıqları və neft ehtiyatların artması neftin ucuzlaşmasına səbəb olub. ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb. Amerika Neft İnstitutunun (API) məlumatları göstərib ki, ABŞ-ın xam neft ehtiyatları ötən həftə ərzində 3,7 milyon barel artaraq 1,3 milyon barel azalma proqnozunu üstələyib. Bununla belə, ABŞ-dan gələn digər məlumatlar pərakəndə satışların aprel ayı üçün gözləntiləri doğrultmaması və sənaye istehsalının təzyiq altında qalmağa davam etməsi səbəbindən bu il iqtisadi perspektivlərin pisləşməsinə işarə edib. Bu, ABŞ-ın borc tavanının artırılması ilə bağlı bazarda artan qeyri-müəyyənlik ilə birləşərək neft qiymətlərinə təzyiq göstərib. Digər tərəfdən, inflyasiya ilə mübarizədə ABŞ Mərkəzi Bankının faizləri qaldıracağı mesajları dolların bahalaşmasına səbəb olub və bu da nəticədə neft qiymətlərini aşağı salıb. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_9d9dd8d64b80e2113d3de2ff1a17ee0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, neft, neft qiymətləri
dollar, neft, neft qiymətləri
Dolların bahalaşması nefti ucuzlaşdırdı
12:35 17.05.2023 (Yenilənib: 12:36 17.05.2023) ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb.
BAKI, 17 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,44 dollar azalaraq 74,47 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 70,43 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 0,31 dollar azalaraq 77,87 dollar olub.
Qeyd edək ki, dünyada iqtisadi tənəzzül narahatlıqları və neft ehtiyatların artması neftin ucuzlaşmasına səbəb olub. ABŞ və Çindən gələn aşağı iqtisadi göstəricilər neft üzrə tələb proqnozunu aşağı salıb. Amerika Neft İnstitutunun (API) məlumatları göstərib ki, ABŞ-ın xam neft ehtiyatları ötən həftə ərzində 3,7 milyon barel artaraq 1,3 milyon barel azalma proqnozunu üstələyib.
Bununla belə, ABŞ-dan gələn digər məlumatlar pərakəndə satışların aprel ayı üçün gözləntiləri doğrultmaması və sənaye istehsalının təzyiq altında qalmağa davam etməsi səbəbindən bu il iqtisadi perspektivlərin pisləşməsinə işarə edib. Bu, ABŞ-ın borc tavanının artırılması ilə bağlı bazarda artan qeyri-müəyyənlik ilə birləşərək neft qiymətlərinə təzyiq göstərib.
Digər tərəfdən, inflyasiya ilə mübarizədə ABŞ Mərkəzi Bankının faizləri qaldıracağı mesajları dolların bahalaşmasına səbəb olub və bu da nəticədə neft qiymətlərini aşağı salıb.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.