DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Qazaxıstanla əməkdaşlığı genişləndirmək istəyir - XİN

© AP Photo / Andy WongÇin XİN
Çin XİN - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
Görüş yaxın vaxtlarda Çin-Mərkəzi Asiya sammitinin keçiriləcəyi Sian şəhərində (Şensi əyalətinin şimal-qərbində) baş tutub.
BAKI, 17 may — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Çinin dövlət başçısı Si Cinpin Çin hakimiyyətinin Astana ilə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu açıqlayıb. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş yaxın vaxtlarda Çin-Mərkəzi Asiya sammitinin keçiriləcəyi Sian şəhərində (Şensi əyalətinin şimal-qərbində) baş tutub.
"Si Cinpin bildirib ki, Çin və Qazaxıstan ənənəvi dostluq münasibətlərini fəal şəkildə inkişaf etdirməli, bir-birinə möhkəm dəstək verməli və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməlidir", - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Pekin Astana ilə etimad və həmrəylik yaratmağa sadiq olduğunu qeyd edir. Qeyd edilib ki, Si Cinpin mayın 17-də Qazaxıstan liderini 70 yaşı tamam olması münasibətilə təbrik etməkdən çox xoşbəxt olduğunu bildirib. Çin prezidenti qeyd edib ki, Qazaxıstan prezidentinin Çinə dövlət səfəri ikitərəfli əlaqələrin möhkəm olmasından xəbər verir.
Çin-Mərkəzi Asiya Sammiti mayın 18-19-da keçiriləcək. Foruma Si Cinpin ev sahibliyi edəcək. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri dövlət səfərləri ilə Çində olacaqlar.
Xəbər lenti
0