https://sputnik.az/20230517/ceyhun-bayramov-munaqisenin-basa-catmasi-sulhun-qurulmasi-ucun-perspektivler-yaradib-454967327.html
Ceyhun Bayramov: “Münaqişənin başa çatması sülhün qurulması üçün perspektivlər yaradıb”
Ceyhun Bayramov: “Münaqişənin başa çatması sülhün qurulması üçün perspektivlər yaradıb”
Sputnik Azərbaycan
XİN rəhbəri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə... 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T18:18+0400
2023-05-17T18:18+0400
2023-05-17T18:19+0400
ceyhun bayramov
azərbaycan xəbərləri
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_0:0:2930:1648_1920x0_80_0_0_3464db9f5a55e5f0a7361403ec58581d.jpg
BAKI, 17 may — Sputnik. "Qarabağ münaqişəsinin sona çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və barışığın təmin edilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırmaq üçün imkanlar və real perspektivlər yaradıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib. Nazir vurğulayıb ki, Azərbaycan 2020-ci ildə Ermənistanla silahlı toqquşmaya son qoyaraq, 30 illik işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi iztirablara baxmayaraq, Ermənistanla davamlı sülhün təmin olunmasında fəal iştirak edib.
https://sputnik.az/20230517/lham-eliyev-avrasiya-qtisadi-komissiyasi-kollegiyasinin-sedrini-qebul-edib-454965669.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_104:0:2835:2048_1920x0_80_0_0_54657443ec24fd69474c765e121792fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, görüş
Ceyhun Bayramov: “Münaqişənin başa çatması sülhün qurulması üçün perspektivlər yaradıb”
18:18 17.05.2023 (Yenilənib: 18:19 17.05.2023) XİN rəhbəri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib.
BAKI, 17 may — Sputnik. "Qarabağ münaqişəsinin sona çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və barışığın təmin edilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırmaq üçün imkanlar və real perspektivlər yaradıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib.
Nazir vurğulayıb ki, Azərbaycan 2020-ci ildə Ermənistanla silahlı toqquşmaya son qoyaraq, 30 illik işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi iztirablara baxmayaraq, Ermənistanla davamlı sülhün təmin olunmasında fəal iştirak edib.