Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tədris proqramları yeni çağırışlara adekvat deyil - Ekspert

© AFP 2023 / NATALIA KOLESNIKOVATələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Mütəxəssislər ölkənin təhsil sistemində şagird və tələbələrə analitik və kreativ düşüncə, motivasiya və özünütanıma, daimi öyrənmə həvəsi, dözümlülük, çeviklik, empati hissi, dinləmə bacarığı kimi vərdişlərin aşılanmamasından narazıdır.
BAKI, 16 may — Sputnik. "World Economic Forum 2023" ilin 10 əsas bacarığını açıqlayıb. Bu hesabatın hazırlanması üçün bir çox ölkələrdə 45 müxtəlif sahə üzrə 803 şirkətdə sorğu aparılıb. Şirkət rəhbərləri işçilərindən gözlədikləri əsas bacarıqlar açıqlayıblar.
Bura analitik və kreativ düşüncə, motivasiya və özünütanıma, daimi öyrənmə həvəsi, dözümlülük, çeviklik, texnoloji biliklər, detallara önəm vermək, empati hissi, dinləmə bacarığı, liderlik və sosial təsiretmə, keyfiyyətə nəzarət daxildir.
Maraqlıdır, Azərbaycan təhsili bunlardan hansına cavab verir? Tələbə və məzunlarda bu bacarıqlardan hansılar var?
Təhsil üzrə ekspert Vüsal Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq bildirib ki, hazırda təhsil sistemində ölkəmizdə bu bacarıqlarla bağlı ciddi boşluqlar var:
© Photo : Facebook / Vusal KarimliVüsal Kərimli - Təhsil eksperti
Vüsal Kərimli - Təhsil eksperti - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Vüsal Kərimli - Təhsil eksperti
"Boşluqlarımız da ondan ibarətdir ki, tədris proqramları bu yeni çağırışlara adekvat deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. Elm və Təhsil Nazirliyi, ayrılıqda bütün universitetlər bu mövzuda düşünməli, müəyyən iş görməlidir. Lakin təəssüflər olsun ki, tədris sistemimiz daha çox nəzəriyyəyə fokuslanıb".
Təhsil üzrə digər ekspert Adil Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət məktəblərində bu biliklərin heç biri öyrədilmir, aşılanmır:

"Dövlət məktəbləri daha çox abituriyent hazırlığına fokuslanıb. Onların əsas hədəflərindən biri məktəbin nəticələrinin yaxşı olmasıdır. Yəni təhsil sistemində ETN tərəfindən bu on əsas bacarıq tələb olunmur. Sadəcə olaraq keçirilən dərslərin nəticələri tələb olunur".

Onun sözlərinə görə, ali məktəblərdə isə vəziyyət məktəblərdən bir qədər fərqlidir. Müəyyən ixtisaslarda bu bacarıqların bir qismi sadəcə olaraq bir dərs kimi tədris edilir.
© Photo : Facebook / Adil VeliyevTəhsil üzrə ekspert Adil Vəliyev
Təhsil üzrə ekspert Adil Vəliyev - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Təhsil üzrə ekspert Adil Vəliyev
"Yəni, universitetlərin 30 faizində bu bacarıqlar öyrədilir. ADA, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Xəzər Universitetini buna misal olaraq göstərə blərik. "Yəni, bu bacarıqlar müəyyən mövzu və dərs olaraq keçirilir. Lakin "universitetlərimizin tam olaraq tələbələrə hər şey öyrədir" deyə bilmərik", - deyə ekspert əlavə edir.
A.Vəliyev onu da bildirir ki, əslində bu keyfiyyətlər məktəb yaşından aşılanmalıdır.
Təhsil üzrə digər bir ekspert Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bu sahədə vəziyyət ürəkaçan deyil:

"2013-2020-ci illərdə Azərbaycan təhsil sistemi sahəsində dünyada gedən müasir trendlərlə ayaqlaşırdı. Lakin təəssüflər olsun ki, son 3 ildə bizim təhsil sistemimiz dünyada gedən trendlərdən, bacarıqlardan geridə qalır".

Ekspert bildiri ki, Azərbaycan təhsili 2008-ci ildən kurrikulum standarlarına keçib. Kurrikulumun standartlarına görə şagirdlər şəxisyyətyönümlü tədrislə məşğul olmalı, onlarda müqayisəetmə, təhliletmə bacarıqları formalaşmalıdır.
© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Kamran Əsədov
"Lakin etiraf edək ki, müasir dünyanın çağırışları bizim təhsil sistemimizdən uzaqdır. Təhsildə keyfiyyətə nəzarət ciddi problemlərdən biridir", - deyə o əlavə edib.
K.Əsədov həmçinin qeyd edir ki, son üç ildə təhsil sistemində müasir İKT bacarıqları, problemli vəziyyətdən çıxış, özünüifadə bacarıqları formalaşdırılmır, əksinə, şagirdlərdə bu bacarıqlar daha da zəifləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0